https://sputnik.az/20221228/dorduncu-senaye-nqilabinin-tehlili-ve-koordinasiya-merkezinin-musahide-surasinin-iclasi-450139993.html
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının iclası
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının iclası
Sputnik Azərbaycan
İclasda 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T22:28+0400
2022-12-28T22:28+0400
2022-12-28T22:28+0400
fabrik
iqtisadiyyat
sənaye
inqilab
şura
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 28 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib. Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb. İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 6-da "İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək. Sənaye İnqilabları Onu da bildirək ki, Birinci Sənaye İnqilabı dedikdə, XVIII əsrin ikinci yarısından etibarən Avropada ortaya çıxan, buxar və su enerjisinə əsaslanan və manufaktura istehsalının mexanikləşdirilməsini doğuran sənaye inqilabı nəzərdə tutulur. Bu, şübhəsiz ki, böyük bir inqilab idi və dünya iqtisadiyyatında sənayeləşmə prosesinin də təməlində dayanır. İkinci Sənaye İnqilabı dedikdə, XX əsrin birinci yarısından etibarən elektrik enerjisinə əsaslanan konveyerli kütləvi istehsalın ortaya çıxması nəzərdə tutulur. XX əsrin ikinci yarısında elektronikanın, proqramlaşdırılan məntiqi nəzarətçilərin (PLC), informasiya-kommunikasiya sistemlərinin və robotların inkişafı Üçüncü Sənaye İnqilabını doğurdu. Bu inqilab qeyd edilən nailiyyətlərə əsaslanaraq istehsalın avtomatlaşdırılmasını təmin etdi. Dördüncü Sənaye İnqilabı isə XXI əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki sistemlərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fabrik, sənaye, inqilab, şura, mikayıl cabbarov
fabrik, sənaye, inqilab, şura, mikayıl cabbarov
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının iclası
İclasda 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
BAKI, 28 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda 2021-2022-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
İclasda 2022-ci il üçün gəlir və xərclər smetası və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 6-da "İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.
Onu da bildirək ki, Birinci Sənaye İnqilabı dedikdə, XVIII əsrin ikinci yarısından etibarən Avropada ortaya çıxan, buxar və su enerjisinə əsaslanan və manufaktura istehsalının mexanikləşdirilməsini doğuran sənaye inqilabı nəzərdə tutulur. Bu, şübhəsiz ki, böyük bir inqilab idi və dünya iqtisadiyyatında sənayeləşmə prosesinin də təməlində dayanır.
İkinci Sənaye İnqilabı dedikdə, XX əsrin birinci yarısından etibarən elektrik enerjisinə əsaslanan konveyerli kütləvi istehsalın ortaya çıxması nəzərdə tutulur. XX əsrin ikinci yarısında elektronikanın, proqramlaşdırılan məntiqi nəzarətçilərin (PLC), informasiya-kommunikasiya sistemlərinin və robotların inkişafı Üçüncü Sənaye İnqilabını doğurdu. Bu inqilab qeyd edilən nailiyyətlərə əsaslanaraq istehsalın avtomatlaşdırılmasını təmin etdi.
Dördüncü Sənaye İnqilabı isə XXI əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki sistemlərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır.