DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində iki yüz avtomobil toqquşdu - FOTO

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Qəza nəticəsində avtomobil yolunda böyük tıxac yaranıb. Yaxın vaxtlarda magistralda hərəkətin bərpa olunacağı gözlənilir.
BAKI, 28 dekabr — Sputnik. Bu gün səhər saatlarında Çinin mərkəzi hissəsində yerləşən Henan əyalətində 200-dən çox avtomobilin iştirakı ilə böyük yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər ölüb. Qəzaya Çjençjou şəhəri yaxınlığında qatı duman səbəb olub. Hazırda polislər, xilasedicilər və yerli administrasiyanın nümayəndələri hadisə yerində çalışırlar.
Qəza nəticəsində avtomobil yolunda böyük tıxac yaranıb. Yaxın vaxtlarda magistralda hərəkətin bərpa olunacağı gözlənilir. Hadisənin digər təfərrüatları barədə dəqiq məlumat verilmir, faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0