https://sputnik.az/20221228/bayram-gunlerinde-gozlenilen-hava-seraiti-aciqlanib-450109042.html
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Sputnik Azərbaycan
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T10:31+0400
2022-12-28T10:31+0400
2022-12-28T10:31+0400
cəmiyyət
hava proqnozu
azərbaycan
umayra tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152953_0:0:3042:1711_1920x0_80_0_0_3784fb8e9a58cc117a9fe90248d7aa6b.jpg
BAKI, 28 dekabr — Sputnik. Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi üstünlük təşkil edəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq: U.Tağıyevanın sözlərinə görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq:"Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir". Xidmət rəisi bildirib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin sürətinin isə 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək:"Azərbaycanın rayonlarında isə 31 dekabr - 4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427152953_311:0:3042:2048_1920x0_80_0_0_9a766e8d7affedf55259e0c0218bc3a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hava proqnozu, azərbaycan, umayra tağıyeva
hava proqnozu, azərbaycan, umayra tağıyeva
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb.
BAKI, 28 dekabr — Sputnik. Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi üstünlük təşkil edəcək. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq:
"Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək".
U.Tağıyevanın sözlərinə görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq:
"Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir".
Xidmət rəisi bildirib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin sürətinin isə 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək:
"Azərbaycanın rayonlarında isə 31 dekabr - 4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq".