https://sputnik.az/20221228/azerbaycandan-gurcustana-qanunsuz-kecmek-isteyen-iki-ecnebi-saxlanilib---foto-450121534.html
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb - FOTO
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb - FOTO
Sputnik Azərbaycan
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən... 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T20:56+0400
2022-12-28T20:56+0400
2022-12-28T20:56+0400
dsx
cəmiyyət
gürcüstan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1c/450121114_0:136:720:541_1920x0_80_0_0_1ea0aa5bed59e47b20fbf210b265b3ee.jpg
BAKI, 28 dekabr — Sputnik. Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib. Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1c/450121114_0:141:720:681_1920x0_80_0_0_5ac9534541e9c6f87bf08445b6684bf2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dsx, gürcüstan, sərhəd
Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb - FOTO
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
BAKI, 28 dekabr — Sputnik. Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən iki əcnəbi saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 27-də saat 10:45-də DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.