https://sputnik.az/20221228/azad-olunmus-erazilerde-vekil-burolari-yaradilacaq-450112376.html
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq
Sputnik Azərbaycan
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür. 28.12.2022, Sputnik Azərbaycan
2022-12-28T11:25+0400
2022-12-28T11:25+0400
2022-12-28T11:26+0400
vəkil
cəmiyyət
kollegiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:148:2893:1775_1920x0_80_0_0_d145262eb7c69fecc49299a51c700e82.jpg
BAKI, 28 dekabr — Sputnik. "Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:"Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik". Vəkillər Kollegiyasının yaranma tarixi Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir. Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2237 nəfərdir (07.10.2022-ci il tarixinədək). Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərinin sayı 470 nəfərdir. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1767 nəfərdir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:0:2731:2048_1920x0_80_0_0_e65bb5a88464143a1e4e220a0d490f5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vəkil, kollegiya, azərbaycan
vəkil, kollegiya, azərbaycan
Azad olunmuş ərazilərdə vəkil büroları yaradılacaq
11:25 28.12.2022 (Yenilənib: 11:26 28.12.2022) Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür.
BAKI, 28 dekabr — Sputnik. "Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O bildirib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:
"Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik".
Vəkillər Kollegiyasının yaranma tarixi
Qeyd edək ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılıb. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir.
Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.
Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.
Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 2237 nəfərdir (07.10.2022-ci il tarixinədək). Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərinin sayı 470 nəfərdir. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1767 nəfərdir.