SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İşğal altında olan yataqlarla bağlı hələ müharibədən əvvəl fəaliyyətə başlanıb - BMTM

© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Qurum rəhbəri bildirib ki, hazırda Ermənistan özünü müstəqil dövlət kimi aparmaq istəyir, lakin bu siyasətin arxasında da xarici təsirlər dayanır.
BAKI, 28 dekabr - Sputnik. "İstəməzdim ki, bu gün Laçın yolunda baş verənlərə kampaniya kimi yanaşılsın". Bunu dekabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilmiş 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
Fərid Şəfiyev Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın Rusiyaya qarşı açılamasını şərh edərkən bildirib ki, Azərbaycan işğal altındakı bölgələrdəki yataqlarla bağlı hələ müharibədən əvvəl fəaliyyətə başlayıb:
"İki il əvvəl bu yataqlarda aparılan qanunsuz fəaliyyətlə bağlı məruzə hazırlanmışdı. Yəni biz bu prosesə indi başlamamışıq. Müharibədən sonra həmin məruzənin yenilənmiş versiyası təqdim olundu. Bu gün, müharibə bitsə də, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı araşdırmalarımızı davam etdirilir. Bu baxımdan hesab edirəm ki, ekoloji problem, keçmişdə baş vermiş faciələrlə bağlı məsələlər kampaniya xarakteri daşımamalıdır".
O həmçinin qeyd edib ki, hazırda Ermənistan-Rusiya münasibətlərində taktiki deyil, strateji problemlər var:
"Ermənistan düşünür ki, Rusiya onun işğalçılıq siyasətini dəstəkləyəcək. Ancaq Ermənistan siyasi rəhbərliyinə aydın oldu ki, bu, belə deyil. İndi Ermənistan özünü müstəqil dövlət kimi aparmaq istəyir. Amma bu siyasətin arxasında da xarici təsirlərin olması faktdır".
BMTM sədri hələ 2016ci ildə aprel döyüşlərindən sonra Azərbaycana müəyyən vədlərin verildiyini vurğulayıb.
"Ortada Madrid prinsipləri var idi, amma bu vədlər yerinə yetirilmədi".
Xəbər lenti
0