Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN başçısının Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-ın sənədi kimi yayılıb

© AFP 2024 / DON EMMERTBMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Məktubda Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı ətraflı məlumat təqdim edilib.
BAKI, 27 dekabr - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın qeyri-qanuni fəaliyyəti ilə əlaqədar Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı BMT baş katibinə ünvanlandığı məktub Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məktubda Laçın yolunda azərbaycanlı fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı etirazlarının Ermənistan tərəfindən “humanitar böhran” kimi qələmə verməklə siyasiləşdirmək cəhdlərinə diqqət çəkilib, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı ətraflı məlumat təqdim edilib.
Sənəddə cari ilin 3 dekabr tarixindən başlayaraq Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar apardığı, əldə edilmiş razılığa baxmayaraq 10 dekabr tarixində sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədildiyi barədə məlumat verilib.
Məktubda Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmadığı, Azərbaycanlı etirazçılar tərəfindən yol boyu nəqliyyatın hərəkətinin dayandırılması niyyətinin olmaması, əksinə mülki nəqliyyat vasitələrinin, xüsusən də təcili yardım maşınlarının hərəkətini asanlaşdırmağa hazır olduqları, Azərbaycan tərəfinin yerli erməni sakinlərlə dialoqun təşviqi istiqamətində addımlar atdığı vurğulanıb.
Məktubda Azərbaycan tərəfinin davamlı olaraq öhdəliklərinə əməl etdiyi, Ermənistan tərəfinin isə Üçtərəfli bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə etməsi, eyni zamanda mövcud mina təhlükəsinin ağır nəticələri barədə məlumat verilib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb.
BMT baş katibinə ünvanlanmış və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmış məktub ilə bu keçid vasitəsilə tanış olmaq olar: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N22/761/23/PDF/N2276123.pdf?OpenElement
Xəbər lenti
0