https://sputnik.az/20221227/xarici-valyutada-olan-qiymetli-kagizlarla-bagli-telebler-deyisdirilib-450106470.html
Xarici valyutada olan qiymətli kağızlarla bağlı tələblər dəyişdirilib
Xarici valyutada olan qiymətli kağızlarla bağlı tələblər dəyişdirilib
Sputnik Azərbaycan
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə edilib. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T23:12+0400
2022-12-27T23:12+0400
2022-12-28T10:02+0400
iqtisadiyyat
prezident ilham əliyev
valyuta
xarici valyuta
milli valyuta
qiymətli kağız
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_0:161:3071:1888_1920x0_80_0_0_2c585b10742de07744a00916578e342f.jpg
BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev “Valyuta tənzimi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.Dəyişikliyə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.Buna qədər yalnız milli valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılırdı.Dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları da əhatə edəcək. Bundan əvvəl xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edirdi.Prezidentin digər qərarı ilə, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə olunub.Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.Fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.Əsasnaməyə dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək barədə bənd əlavə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443966963_170:0:2901:2048_1920x0_80_0_0_0d6a1e90929f673646b2f318259f27f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, valyuta, xarici valyuta, milli valyuta, qiymətli kağız
prezident ilham əliyev, valyuta, xarici valyuta, milli valyuta, qiymətli kağız
Xarici valyutada olan qiymətli kağızlarla bağlı tələblər dəyişdirilib
23:12 27.12.2022 (Yenilənib: 10:02 28.12.2022) İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə edilib.
BAKI, 27 dekabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev “Valyuta tənzimi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, milli və xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qanunun tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.
Buna qədər yalnız milli valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri manatla ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızlar sayılırdı.
Dəyişikliyə əsasən, xarici valyutada qiymətli kağızlar anlayışı nominal dəyəri xarici valyutada ifadə edilmiş səhmlər, istiqrazlar, vekseller və digər qiymətli kağızları da əhatə edəcək. Bundan əvvəl xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri( çeklər, veksellər, akkreditivlər və s.), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəliklərini əhatə edirdi.
Prezidentin digər qərarı ilə, İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə olunub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Əsasnaməyə dövlət-özəl tərəfdaşlığı sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilməsini təmin etmək barədə bənd əlavə edilib.