https://sputnik.az/20221227/sosial-xidmetler-agentliyi-illik-hesabati-teqdim-edib-450076530.html
Sosial Xidmətlər Agentliyi illik hesabatı təqdim edib
Sosial Xidmətlər Agentliyi illik hesabatı təqdim edib
Sputnik Azərbaycan
Bu gün Sosial Xidmətlər Agentliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı baş tutub. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T14:23+0400
2022-12-27T14:23+0400
2022-12-27T14:23+0400
hesabat
cəmiyyət
agentlik
https://cdnn1.img.sputnik.az/img/42205/33/422053362_0:160:3073:1888_1920x0_80_0_0_a81e0589245cdec1b083a714668c926d.jpg
BAKI, 27 dekabr — Sputnik. Bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib. Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub. Ümumilikdə isə 13100 şəxsə mənzil verilib. Bundan başqa, Vüqar Behbudov bildirib ki, Azərbaycanda hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxslərin mənzillə təminatı davam etdirilir. O bildirib ki, bu günə qədər hər iki valideynini itirən və uşaq evlərində böyüyən 252 şəxs mənzillə təmin edilib. "Himayədar ailə" qayğı modeli ilə bağlı danışan Vüqar Behbudov bildirib ki, işlər yekunlaşıb. O qeyd edib ki, hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib: "Altsistem də yaradılıb. Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq". Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında onu da bildirib ki, 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib. Onun sözlərinə görə, övladlığa verilən uşaqlardan 179-u oğlan, 176-sı qızdır: "Onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır. Paralel olaraq himayədar ailə institutunun formalaşdırılması istiqamətində də işlər aparılır. Sözügedən mətbuat konfransında çıxış edən V.Behbudov bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirildiyini vurğulayıb. O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır. 2018-ci ildən 418 nəfərin İraq və Suriyadan Azərbaycana repatriasiyası həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri əlavə edib ki, bu il 66 nəfər sözügedən ölkələrdən Azərbaycana repatriasiya olunub, onlardan 64-ü Agentliyin tabeliyində olan müəssisələrə yerləşdirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/33/422053362_170:0:2901:2048_1920x0_80_0_0_a928507af3c8552aba773bf979ed2955.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hesabat, agentlik
Sosial Xidmətlər Agentliyi illik hesabatı təqdim edib
Bu gün Sosial Xidmətlər Agentliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı baş tutub.
BAKI, 27 dekabr — Sputnik. Bu il 20 minə yaxın şəxsə stasionar, yarımstasionar və səyyar xidmət göstərilib.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub. Ümumilikdə isə 13100 şəxsə mənzil verilib.
Bundan başqa, Vüqar Behbudov bildirib ki, Azərbaycanda hər iki valideynini itirən və uşaq evlərində böyüyən şəxslərin mənzillə təminatı davam etdirilir. O bildirib ki, bu günə qədər hər iki valideynini itirən və uşaq evlərində böyüyən 252 şəxs mənzillə təmin edilib.
"Himayədar ailə" qayğı modeli ilə bağlı danışan Vüqar Behbudov bildirib ki, işlər yekunlaşıb. O qeyd edib ki, hazırlanmış müvafiq sənədlər aidiyyəti orqanlara göndərilib: "Altsistem də yaradılıb. Qanunvericilik məsələləri tənzimləndikdən sonra xidmətin tətbiqinə başlanılacaq. Bununla da ümid edirik ki, dövlət uşaq müəssisələrində böyüyən uşaqlara ailə mühiti yaratmağa müvəffəq olacağıq".
Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında onu da bildirib ki, 1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 355 uşaq övladlığa verilib. Onun sözlərinə görə, övladlığa verilən uşaqlardan 179-u oğlan, 176-sı qızdır: "Onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır. Paralel olaraq himayədar ailə institutunun formalaşdırılması istiqamətində də işlər aparılır.
Sözügedən mətbuat konfransında çıxış edən V.Behbudov bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirildiyini vurğulayıb. O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır.
2018-ci ildən 418 nəfərin İraq və Suriyadan Azərbaycana repatriasiyası həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri əlavə edib ki, bu il 66 nəfər sözügedən ölkələrdən Azərbaycana repatriasiya olunub, onlardan 64-ü Agentliyin tabeliyində olan müəssisələrə yerləşdirilib.