https://sputnik.az/20221227/senator-bmt-qerargahinin-ulan-batora-kocurulmesini-teklif-edib-450076351.html
Senator BMT qərargahının Ulan-Batora köçürülməsini təklif edib
Senator BMT qərargahının Ulan-Batora köçürülməsini təklif edib
Sputnik Azərbaycan
Monqolustan hərbi bloklara daxil deyil, Böyük Avrasiyanın düz mərkəzindədir və 8 milyard dünya əhalisinin 5 milyardı burada yaşayır. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T16:52+0400
2022-12-27T16:52+0400
2022-12-27T17:00+0400
monqolustan
dünya xəbərləri
bmt
nyu-york
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1b/450076193_0:0:3073:1728_1920x0_80_0_0_76e686fadf382fb269f9b1cb959a294d.jpg
BAKI, 27 dekabr — Sputnik. BMT-nin iqamətgahı Nyu-Yorkdan Ulan-Batora köçürülməlidir. Çünki Monqolustan hərbi bloklara daxil deyil və Yer kürəsinin 8 milyard sakinindın 5 milyardının yaşadığı Avrasiyanın mərkəzindədir. Federasiya Şurasının beynəlxalq siyasət komitəsinin sədr müavini Andrey Klimov belə hesab edir. "BMT-nin qərargahının ABŞ-dan hansısa neytral ölkəyə köçürülməsi yaxşı olardı. Məsələn, Monqolustana - o, Böyük Avrasiyanın düz mərkəzindədir, 8 milyard dünya əhalisinin 5 milyardı burada yaşayır. Monqolustan hərbi bloklara daxil deyil, dünya hegemonu olmağa çalışmır" – deyə Klimov özünün "Telegram" kanalında qeyd edib. Senatorun sözlərinə görə, BMT-nin əsas, "həqiqətən beynəlxalq (və Vaşinqtonyönlü deyil)" təşkilat kimi rolunu və əhəmiyyətini qorumaq üçün BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikasının aparıcı dövlətləri tərəfindən ABŞ, Böyük Britaniya və Fransanın iştirakını balanslaşdırmaq lazımdır. "Fikrimcə, orada Braziliya, Hindistan, Cənubi Afrika kimi ölkələr üçün yerlər olmalıdır. BMT-nin baş katibi də, fikrimcə, NATO kimi təcavüzkar hərbi bloklara daxil olan ölkədən gəlməməlidir. BMT katibliyində isə G7 kimi hegemon strukturların lehinə heç bir təhrif olmamalıdır", - deyə Klimov qeyd edib. Ukrayna XİN-in əvvəlcə Rusiyanı "zəruri beynəlxalq məhkəmə" dən sonra ordan "xaric edib" daha sonra BMT platformasında "sülh sammiti" keçirmək təklifindən danışarkən, senator bunu "Vaşinqtonun Kiyev marionetkalarının" ideyası"adlandırıb. "Düşünürəm ki, əgər BMT-nin qurucu ölkəsi, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik ölkəni mühakimə etmək üçün belə bir vəhşi təklif Quterreşə (BMT-nin baş katibi Antonio) birbaşa amerikapərəst dünyanın kuklaçılarından gəlibsə, o zaman cavab tamamilə anti-Rusiya xarakterli ola bilər. Şəxsən məndə belə bir hiss var ki, NATO Portuqaliyasının keçmiş baş nazirinin ofisi, BMT platformasında müxtəlif rusofobik səsvermələr zamanı da daxil olmaqla, ABŞ Dövlət Departamentinin çaldığı hava ilə oynayır". Klimovun fikrincə, BMT ətrafında baş verənlər təcili olaraq digər, "neokololonializm və neonasizmə yer olmayan həqiqi qlobal platformaların" gücləndirilməsi və formalaşdırılmasının zəruriliyindən xəbər verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1b/450076193_22:0:2753:2048_1920x0_80_0_0_3e978d93c4ba15a13c6565eba4aa0d74.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
monqolustan, bmt, nyu-york
monqolustan, bmt, nyu-york
Senator BMT qərargahının Ulan-Batora köçürülməsini təklif edib
16:52 27.12.2022 (Yenilənib: 17:00 27.12.2022) Monqolustan hərbi bloklara daxil deyil, Böyük Avrasiyanın düz mərkəzindədir və 8 milyard dünya əhalisinin 5 milyardı burada yaşayır.
BAKI, 27 dekabr — Sputnik. BMT-nin iqamətgahı Nyu-Yorkdan Ulan-Batora köçürülməlidir. Çünki Monqolustan hərbi bloklara daxil deyil və Yer kürəsinin 8 milyard sakinindın 5 milyardının yaşadığı Avrasiyanın mərkəzindədir.
Federasiya Şurasının beynəlxalq siyasət komitəsinin sədr müavini Andrey Klimov belə hesab edir.
"BMT-nin qərargahının ABŞ-dan hansısa neytral ölkəyə köçürülməsi yaxşı olardı. Məsələn, Monqolustana - o, Böyük Avrasiyanın düz mərkəzindədir, 8 milyard dünya əhalisinin 5 milyardı burada yaşayır. Monqolustan hərbi bloklara daxil deyil, dünya hegemonu olmağa çalışmır" – deyə Klimov özünün "Telegram" kanalında qeyd edib.
Senatorun sözlərinə görə, BMT-nin əsas, "həqiqətən beynəlxalq (və Vaşinqtonyönlü deyil)" təşkilat kimi rolunu və əhəmiyyətini qorumaq üçün BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikasının aparıcı dövlətləri tərəfindən ABŞ, Böyük Britaniya və Fransanın iştirakını balanslaşdırmaq lazımdır.
"Fikrimcə, orada Braziliya, Hindistan, Cənubi Afrika kimi ölkələr üçün yerlər olmalıdır. BMT-nin baş katibi də, fikrimcə, NATO kimi təcavüzkar hərbi bloklara daxil olan ölkədən gəlməməlidir. BMT katibliyində isə G7 kimi hegemon strukturların lehinə heç bir təhrif olmamalıdır", - deyə Klimov qeyd edib.
Ukrayna XİN-in əvvəlcə Rusiyanı "zəruri beynəlxalq məhkəmə" dən sonra ordan "xaric edib" daha sonra BMT platformasında "sülh sammiti" keçirmək təklifindən danışarkən, senator bunu "Vaşinqtonun Kiyev marionetkalarının" ideyası"adlandırıb.
"Düşünürəm ki, əgər BMT-nin qurucu ölkəsi, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik ölkəni mühakimə etmək üçün belə bir vəhşi təklif Quterreşə (BMT-nin baş katibi Antonio) birbaşa amerikapərəst dünyanın kuklaçılarından gəlibsə, o zaman cavab tamamilə anti-Rusiya xarakterli ola bilər. Şəxsən məndə belə bir hiss var ki, NATO Portuqaliyasının keçmiş baş nazirinin ofisi, BMT platformasında müxtəlif rusofobik səsvermələr zamanı da daxil olmaqla, ABŞ Dövlət Departamentinin çaldığı hava ilə oynayır".
Klimovun fikrincə, BMT ətrafında baş verənlər təcili olaraq digər, "neokololonializm və neonasizmə yer olmayan həqiqi qlobal platformaların" gücləndirilməsi və formalaşdırılmasının zəruriliyindən xəbər verir.