CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Radioelektron vasitələrin icazəsiz quraşdırılmasına görə yeni cərimələr gəlir

© Sputnik / Александр Кряжев / Mediabanka keçidRadioelektron qurğu, arxiv şəkli
Radioelektron qurğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
BAKI, 27 dekabr - Sputnik. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi üçün yeni cərimələr müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə ediləcək.
Yuxarıda qeyd edilmiş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə ediləcək.
Diqqətə çatdırılıb ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik ölkə ərazisində radiotezliklərdən istifadə üzrə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi ilə bağlı tələblərin, habelə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinin və idxalının qadağan edilməsinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər lenti
0