https://sputnik.az/20221227/normativ-huquqi-aktlar-haqqinda-konstitusiya-qanununa-deyisiklik-edilib-450072704.html
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik edilib
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik edilib
Sputnik Azərbaycan
Normativ hüquqi aktların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq... 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T13:14+0400
2022-12-27T13:14+0400
2022-12-27T13:15+0400
konstitusiya
cəmiyyət
"normativ hüquqi aktlar haqqında" konstitusiya qanunu
"normativ hüquqi aktlar haqqında" azərbaycan respublikasının konstitusiya qanunu
normativ hüquqi akt
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 27 dekabr - Sputnik. Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bu məsələ barədə parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, sənəd normayaratma prosesinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq Milli Məclis və Prezident tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilməsi təklif olunur. Eyni zamanda, layihədə normativ hüquqi aktın layihəsinin razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi də təklif edilir. O bildirib ki, sənəddə, həmçinin Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən və ya onlar ləğv edilən zaman, hər 10 ildən bir həmin hüquqi aktların mətnində mötərizədə dəyişiklik və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək cild kimi qeyd edilməsi təklif olunur. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir. Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
konstitusiya, "normativ hüquqi aktlar haqqında" konstitusiya qanunu, "normativ hüquqi aktlar haqqında" azərbaycan respublikasının konstitusiya qanunu, normativ hüquqi akt, milli məclis
konstitusiya, "normativ hüquqi aktlar haqqında" konstitusiya qanunu, "normativ hüquqi aktlar haqqında" azərbaycan respublikasının konstitusiya qanunu, normativ hüquqi akt, milli məclis
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik edilib
13:14 27.12.2022 (Yenilənib: 13:15 27.12.2022) Normativ hüquqi aktların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq Milli Məclis və Prezident tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilməsi təklif olunur.
BAKI, 27 dekabr - Sputnik. Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Bu məsələ barədə parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, sənəd normayaratma prosesinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq Milli Məclis və Prezident tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilməsi təklif olunur. Eyni zamanda, layihədə normativ hüquqi aktın layihəsinin razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi də təklif edilir.
O bildirib ki, sənəddə, həmçinin Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən və ya onlar ləğv edilən zaman, hər 10 ildən bir həmin hüquqi aktların mətnində mötərizədə dəyişiklik və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək cild kimi qeyd edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
Normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.