CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb

© pixabay / ponce_photographyYağ, arxiv şəkli
Yağ, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Kərə yağı adı altında bitki tərkibli yağların, istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar olub
BAKI, 27 dekabr — Sputnik. Marketdə kərə yağı adı altında bitki tərkibli yağların satıldığı aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən "Nur" marketdə keçirilmiş planlı yoxlama zamanı kərə yağı adı altında bitki tərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satışının həyata keçirildiyi, həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.
Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Araşdırma davam etdirilir.
Restoran, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2022
CƏMİYYƏT
AQTA-nın 1001 monitorinqi: Satışda təhlükəli məhsullar var
Xəbər lenti
0