CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev "ASAN Xidmət"in bir qrup əməkdaşını təltif edib

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Azərbaycan Respublikasında iki yeni medal təsis edilib.
BAKI, 27 dekabr - Sputnik. Prezident İlham Əliyev “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü və ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Mehdiyev Ülvi Ramiz oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Azadəliyev Elvin Sərvər oğlu
Bayramov Səbuhi Mikayıl oğlu
Əkbərov Adil Sədrəddin oğlu
Hüseynov Elvin Akif oğlu
Məmmədov Elşən Ramiz oğlu.
Həmçinin, dövlət başçısının qərarı ilə Azərbaycanda iki yeni medal təsis edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişiklikdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub.
Medalların Əsasnamələrində onların təsviri və elementləri əks olunub. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası da qeyd olunub.
Xəbər lenti
0