https://sputnik.az/20221227/fezail-agamali-8-9-cu-siniflerden-sonra-mekteblere-usaqlar-getmir-450075715.html
Fəzail Ağamalı: “8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”
Fəzail Ağamalı: “8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”
Sputnik Azərbaycan
Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T15:06+0400
2022-12-27T15:06+0400
2022-12-27T15:07+0400
fəzail ağamalı
cəmiyyət
deputat
məktəb
sinif
https://cdnn1.img.sputnik.az/img/40536/87/405368719_0:1:1200:676_1920x0_80_0_0_d47704b801dfbe0a59ec67b309b86c4d.jpg
BAKI, 27 dekabr - Sputnik. “Repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Təhsil haqqında” qanuna dəyişiklik edilərkən belə deyib. Deputat bildirib ki, gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləməliyik. Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunun 29-cu və 32-ci maddələrinə dəyişiklik təklif olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsilalanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir. Layihə ikinci oxunuşda qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40536/87/405368719_134:0:1129:746_1920x0_80_0_0_37375b20e5e17a12db68b5fdb0dacdd3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fəzail ağamalı, deputat, məktəb, sinif
fəzail ağamalı, deputat, məktəb, sinif
Fəzail Ağamalı: “8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”
15:06 27.12.2022 (Yenilənib: 15:07 27.12.2022) Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib
BAKI, 27 dekabr - Sputnik. “Repetitorluq sistemi orta məktəbləri dağıdır, 8-9-cu siniflərdən sonra məktəblərə uşaqlar getmir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Təhsil haqqında” qanuna dəyişiklik edilərkən belə deyib.
Deputat bildirib ki, gələn sessiyadan “Təhsil haqqında” qanunu yenidən işləməliyik.
Sədr Sahibə Qafarova gələn sessiyada təhsil problemlərinə dair Elm və təhsil komitəsində böyük dinləmə keçirilməsini təklif edib: “Buna ehtiyac var. Konkret spektr götürülməli, problemlər müzakirə edilməlidir”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanunun 29-cu və 32-ci maddələrinə dəyişiklik təklif olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi orta ixtisas və ali təhsil (doktorantura istisna olmaqla) pillələrində təhsilalanların bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması və akademik məzuniyyət götürməsinin hüquqi əsaslarının formalaşdırılması zərurətindən irəli gəlir.
Layihə ikinci oxunuşda qəbul edilib.