https://sputnik.az/20221227/erdogan-srailin-turkiyeye-uzanan-elini-tutdu-450099533.html
Ərdoğan İsrailin Türkiyəyə uzanan əlini tutdu
Ərdoğan İsrailin Türkiyəyə uzanan əlini tutdu
Sputnik Azərbaycan
İrit Lillian hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib və Türkiyə səfirliyində çalışıb. 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T23:51+0400
2022-12-27T23:51+0400
2022-12-28T10:02+0400
dünya xəbərləri
türkiyə
israil
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447415792_0:147:3119:1901_1920x0_80_0_0_91b62452f8d6ce18843d4ac12c19da8f.jpg
BAKI, 27 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni təyin olunmuş səfiri İrit Lillianı qəbul edib.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.İsrail səfiri etimadnaməsini Türkiyənin dövlət başçısına təqdim edib.Qeyd edək ki, İrit Lillian bu ilin sentyabrında Türkiyəyə səfir təyin edilib. 1986-cı ildən diplomatik fəaliyyətə başlayan İrit Lillian 2019-cu ildən İsrailin Türkiyədəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib. İsrail universitetlərində bakalavr və magistr üzrə təhsil alıb.Xatırladaq ki, on beş illik fasilədən sonra İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfərə gəlib. Bu, Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addımdır. Səfərdən sonra bütün sahələr üzrə geniş potensiala malik olan iki ölkə arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunub. Sonrakı aylarda normallaşma prosesi fasiləsiz və davamlı xarakter daşıyıb.İsrail səfirinin etimadnaməsinin Türkiyə prezidenti tərəfindən qəbul edilməsi Təl-Əvivdə yüksək əhval-ruhiyyə ilə qarşılanıb. İsrail mediası bunu "Ərdoğanın İsrailin Türkiyəyə uzanan əlini tutması" kimi xarakterizə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447415792_195:0:2924:2047_1920x0_80_0_0_09db27fae20fd619f4da83507feff5ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, israil, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
türkiyə, israil, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan İsrailin Türkiyəyə uzanan əlini tutdu
23:51 27.12.2022 (Yenilənib: 10:02 28.12.2022) İrit Lillian hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib və Türkiyə səfirliyində çalışıb.
BAKI, 27 dekabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin yeni təyin olunmuş səfiri İrit Lillianı qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
İsrail səfiri etimadnaməsini Türkiyənin dövlət başçısına təqdim edib.
Qeyd edək ki, İrit Lillian bu ilin sentyabrında Türkiyəyə səfir təyin edilib. 1986-cı ildən diplomatik fəaliyyətə başlayan İrit Lillian 2019-cu ildən İsrailin Türkiyədəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışırdı. O, hərbi xidmət keçdiyi illərdə İsrail Silahlı Qüvvələrinin radiosuna rəhbərlik edib. İsrail universitetlərində bakalavr və magistr üzrə təhsil alıb.
Xatırladaq ki, on beş illik fasilədən sonra İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfərə gəlib. Bu, Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addımdır. Səfərdən sonra bütün sahələr üzrə geniş potensiala malik olan iki ölkə arasında münasibətlərin inkişafı qarşılıqlı faydalı vədlərlə xarakterizə olunub. Sonrakı aylarda normallaşma prosesi fasiləsiz və davamlı xarakter daşıyıb.
İsrail səfirinin etimadnaməsinin Türkiyə prezidenti tərəfindən qəbul edilməsi Təl-Əvivdə yüksək əhval-ruhiyyə ilə qarşılanıb. İsrail mediası bunu "Ərdoğanın İsrailin Türkiyəyə uzanan əlini tutması" kimi xarakterizə edib.