https://sputnik.az/20221227/azerbaycanda-pensiya-amnistiyasi-tetbiq-edilecek-450078921.html
Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək
Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək
Sputnik Azərbaycan
Qanun layihəsi əmək pensiyasına görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə... 27.12.2022, Sputnik Azərbaycan
2022-12-27T14:41+0400
2022-12-27T14:41+0400
2022-12-27T14:48+0400
pensiya
cəmiyyət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:3069:1727_1920x0_80_0_0_f12900b734bfc822cd4bc77f1c64bd83.jpg
BAKI, 27 dekabr - Sputnik. Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, məsələ artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmləri ilə bağlıdır. Komitə sədri vurğulayıb ki, sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması, ədalətlilik və humanizm prinsipləri əsas götürülüb. Qeyd edilib ki, qanun layihəsi əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, pensiyaçının günahı olmadan onun pensiyasının tutulması ədalətli deyil. Deputat bildirib ki, pensiyaçı dövlət məmuru ilə hansısa əlaqəyə girib pensiya alıbsa, onun əlavə aldığı məbləğin hamısı, dövlətdən aldığı pullar geri alınmalıdır: “Amma bu vəsaitlərin pensiyaçılardan tutulması pensiyaçılar üçün ciddi problem yaradacaq. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə danışılsın və orta aylıq əməkhaqqından çox alırsa, pensiyaçıdan bu məbləğ tutulsun. Amma az alırsa, bunu ona təşkil edən dövlət məmurundan o məbləğ tutulsun. Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar. Yəni o pul artıq ödənilibsə, artıq xərclənib. Bu güzəşti, amnistiyanı bir az da genişləndirməyə ehtiyac var”. Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Qeyd edək ki, qanuna görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:2731:2048_1920x0_80_0_0_bf4bbe0da5701dca590a7b29f430d703.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, milli məclis
Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək
14:41 27.12.2022 (Yenilənib: 14:48 27.12.2022) Qanun layihəsi əmək pensiyasına görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb.
BAKI, 27 dekabr - Sputnik. Azərbaycanda pensiya amnistiyası tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, məsələ artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin geri qaytarılması mexanizmləri ilə bağlıdır. Komitə sədri vurğulayıb ki, sənəddə pensiyaçıların mənafeyi və sosial müdafiəsinin qorunması, ədalətlilik və humanizm prinsipləri əsas götürülüb.
Qeyd edilib ki, qanun layihəsi əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədilə hazırlanıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, pensiyaçının günahı olmadan onun pensiyasının tutulması ədalətli deyil.
Deputat bildirib ki, pensiyaçı dövlət məmuru ilə hansısa əlaqəyə girib pensiya alıbsa, onun əlavə aldığı məbləğin hamısı, dövlətdən aldığı pullar geri alınmalıdır: “Amma bu vəsaitlərin pensiyaçılardan tutulması pensiyaçılar üçün ciddi problem yaradacaq. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə danışılsın və orta aylıq əməkhaqqından çox alırsa, pensiyaçıdan bu məbləğ tutulsun. Amma az alırsa, bunu ona təşkil edən dövlət məmurundan o məbləğ tutulsun. Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar. Yəni o pul artıq ödənilibsə, artıq xərclənib. Bu güzəşti, amnistiyanı bir az da genişləndirməyə ehtiyac var”.
Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.
Qeyd edək ki, qanuna görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bu qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda tam məbləğdə tutulur.
Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.
Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.