https://sputnik.az/20221226/yol-polisi-bayramla-bagli-muraciet-edib-450035994.html
Yol polisi bayramla bağlı müraciət edib
Yol polisi bayramla bağlı müraciət edib
Sputnik Azərbaycan
Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T14:06+0400
2022-12-26T14:06+0400
2022-12-26T14:18+0400
cəmiyyət
yol polisi
bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440167841_0:133:1281:853_1920x0_80_0_0_bd563a5eb3b8d2ecba49fc5bd1e773f2.jpg
BAKI, 26 dekabr — Sputnik. "Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alaraq deyə bilərik ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək". Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşlarının görəcəyi zəruri tədbirlərdən danışan Araz Əsgərli bunları deyib: "Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır. Xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma, durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440167841_0:0:1137:853_1920x0_80_0_0_ac439a4d9cb2b83464a5d47db8abbf8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yol polisi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
yol polisi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
Yol polisi bayramla bağlı müraciət edib
14:06 26.12.2022 (Yenilənib: 14:18 26.12.2022) Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır.
BAKI, 26 dekabr — Sputnik. "Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alaraq deyə bilərik ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək".
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşlarının görəcəyi zəruri tədbirlərdən danışan Araz Əsgərli bunları deyib:
"Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır. Xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma, durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı, süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik".