https://sputnik.az/20221226/xezer-denizi-qarabag-ve-serqi-zengezur---azerbaycanda-yasil-enerjinin-agirliq-merkezi-449995198.html
Xəzər dənizi, Qarabağ və Şərqi Zəngəzur - Azərbaycanda "yaşıl enerji"nin ağırlıq mərkəzi
Xəzər dənizi, Qarabağ və Şərqi Zəngəzur - Azərbaycanda "yaşıl enerji"nin ağırlıq mərkəzi
Sputnik Azərbaycan
Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə... 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T10:01+0400
2022-12-26T10:01+0400
2022-12-26T10:01+0400
azərbaycan
iqtisadiyyat
yaşıl
enerji
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447048348_0:160:3072:1888_1920x0_80_0_0_26d398812a2b2274c74d07cacc3ddfe2.jpg
BAKI, 26 dekabr — Sputnik. Bir neçə gün əvvəl Buxarestdə Azəsrbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu, regionda yaşıl enerjinin inkişafı və ixracı ilə bağlı yeni imkandır. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur. Azərbaycanın yaşıl enerji potensialı nə qədərdir? Su elektrik stansiyaları daxil olmaqla ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq.Cari ildə ötən ilin 9 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 380,1 mln. kVt•st artaraq 1 401,6 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9,2 mln. kVt•st artaraq 273,8 mln. kVt•st olub. Hansı işlər gedir? BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir.Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Sözügedən model elektrik enerjisinin istehsalı və istehlakı üzrə "Şəfəq Layihəsi" və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək "yaşıl enerji" Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək. Cari il Azərbaycan xarici investor "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə edib. On qiqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar "yaşıl" investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir. Bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpa olunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, "yaşıl enerji" üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır. Əsas ağırlıq mərkəzi haradır? Azərbaycanın "yaşıl" artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı "yaşıl enerji" zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də "yaşıl" enerji istehsalı və ixracının mənbələri qismindədir.Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının ("Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Meydan" və "Soyuqbulaq") tikintisi üzrə işlər həyata keçirilir. Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Hədəflər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş prioritetdən biri kimi müəyyənləşdirilib və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda çox mühüm tədbirlər təsbit edilib. Xatırladaq ki, Azərbaycandan Qara dəniz vasitəsilə sualtı kabel çəkilməsi ilə bağlı energetika naziri Pərviz Şahbazov öncəki çxışlarında Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən birinin Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsi olduğunu qeyd edib:"Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Bu layihə "yaşıl enerji" dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Ölkəmizin Avropanın enerji təminatını bu dəfə "yaşıl enerji" vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447048348_171:0:2902:2048_1920x0_80_0_0_45735bd743183d1d18fc7ebc61c7e775.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, yaşıl, enerji
azərbaycan, yaşıl, enerji
Xəzər dənizi, Qarabağ və Şərqi Zəngəzur - Azərbaycanda "yaşıl enerji"nin ağırlıq mərkəzi
Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.
BAKI, 26 dekabr — Sputnik. Bir neçə gün əvvəl Buxarestdə Azəsrbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu, regionda yaşıl enerjinin inkişafı və ixracı ilə bağlı yeni imkandır. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Dördtərəfli hökumətlərarası saziş Rumıniya ilə Azərbaycan arasında bərpa olunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.
Azərbaycanın yaşıl enerji potensialı nə qədərdir?
Su elektrik stansiyaları daxil olmaqla ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5%-ni təşkil edir. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq.
Cari ildə ötən ilin 9 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 380,1 mln. kVt•st artaraq 1 401,6 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9,2 mln. kVt•st artaraq 273,8 mln. kVt•st olub.
BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt•st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının inşası üzrə danışıqlar gedir. Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın 2023-cü ildə inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir.
Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır. Sözügedən model elektrik enerjisinin istehsalı və istehlakı üzrə "Şəfəq Layihəsi" və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək "yaşıl enerji" Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək.
Cari il Azərbaycan xarici investor "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə edib. On qiqavatlıq bu bərpa olunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar "yaşıl" investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda ilk belə yenilikdir.
Bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpa olunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpa olunan enerjiyə transformasiyası, "yaşıl enerji" üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.
Əsas ağırlıq mərkəzi haradır?
Azərbaycanın "yaşıl" artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı "yaşıl enerji" zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də "yaşıl" enerji istehsalı və ixracının mənbələri qismindədir.
Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Burada kiçik su elektrik stansiyalarının bərpası, Laçın-Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir.
Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının ("Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Meydan" və "Soyuqbulaq") tikintisi üzrə işlər həyata keçirilir. Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş prioritetdən biri kimi müəyyənləşdirilib və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda çox mühüm tədbirlər təsbit edilib.
Xatırladaq ki, Azərbaycandan Qara dəniz vasitəsilə sualtı kabel çəkilməsi ilə bağlı energetika naziri Pərviz Şahbazov öncəki çxışlarında Avropaya ixrac istiqamətində perspektivli və Avropa İttifaqının dəstəklədiyi layihələrdən birinin Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma layihəsi olduğunu qeyd edib:
"Layihə üzrə Gürcüstanla Rumıniya arasında enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xətti və rəqəmsal qoşulma kabelinin quraşdırılması, bu məqsədlə Dünya Bankının maliyyə dəstəyi ilə 2023-cü ilin sonuna qədər Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulur. Bu layihə "yaşıl enerji" dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Ölkəmizin Avropanın enerji təminatını bu dəfə "yaşıl enerji" vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür".