https://sputnik.az/20221226/qerbi-azerbaycana-qayidis-konsepsiyasinin-hazirlanmasina-baslanilib-450056866.html
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına başlanılıb
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına başlanılıb
Sputnik Azərbaycan
Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T20:05+0400
2022-12-26T20:05+0400
2022-12-26T20:05+0400
siyasət
prezident ilham əliyev
qərbi azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450054550_0:79:911:591_1920x0_80_0_0_fccb201971a92b0bd282530c8009d7b7.jpg
BAKI, 26 dekabr - Sputnik. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib: “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı deyib ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur:"Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır".Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən Prezident deyib ki, icma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir: “Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
https://sputnik.az/20221224/ndi-ermenistanda-depopulyasiya-dovru-hokm-surur-tebii-artim-yoxdur---lham-eliyev-449986764.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450054550_10:0:902:669_1920x0_80_0_0_21782edd6b1ea55f5e8c26393d6362f2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, qərbi azərbaycan
prezident ilham əliyev, qərbi azərbaycan
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasına başlanılıb
Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək
BAKI, 26 dekabr - Sputnik. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb.
Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.
Qayıdış Konsepsiyanın hazırlanması istiqamətində iş aparıldığını söyləyən mətbuat katibi deyib:
“İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”.
İlham Əliyev Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı deyib ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur:
"Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır".
Gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşən Prezident deyib ki, icma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə böyük yer verməlidir:
“Əminəm ki, biz buna nail olacağıq. Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.