CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbələdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alan var

© AP Photo / Thanassis StavrakisQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi "QAZ-3110" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
BAKI, 26 dekabr — Sputnik. Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi "QAZ-3110" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0