https://sputnik.az/20221226/putin-rus-dili-mdb-dovletlerini-bir-yerde-saxlayan-guclu-birlesdirici-quvvedir-450056684.html
Putin: Rus dili MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvədir
Putin: Rus dili MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvədir
Sputnik Azərbaycan
Rusiya prezidenti MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə əmindir. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T19:50+0400
2022-12-26T19:50+0400
2022-12-26T19:50+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
mdb
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424050_0:183:2990:1865_1920x0_80_0_0_259226b490d29cf194f80d05481ab9d4.jpg
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvə adlandırıb. "Xalqlarımızı həqiqətən çox şey birləşdirir: ortaq tarix, mənəvi köklər, mədəniyyətlərin və adətlərin, dəyərlərin və ənənələrin dərindən qaynayıb-qarışması. Və əlbəttə ki, bizim çoxmillətli dövlətimiz üçün güclü birləşdirici qüvvə olan rus dili", - Putin MDB liderlərinin qeyri-rəsmi sammitində deyib. O xatırladıb ki, sammitlərin birində 2023-cü ildə Birlik ölkələrində Rus dili ilinin keçirilməsi qərara alınıb. MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrin fundamental maraqlarına və təhlükəsizliyin yaxşılaşdırılmasına cavab verir. Putin MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib. Artan Təhdidlər və Çağırışlar Rusiya prezidenti bildirib ki, təhlükələr və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin onları həll etmək istəyi var. "Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz buna hazırıq, əməkdaşlıq edəcəyik. Hər hansı problemli məsələ ortaya çıxsa belə, biz onları özümüz həll etməyə çalışırıq - birlikdə, birgə, bir-birimizə yoldaşcasına yardım və vasitəçilik fəaliyyəti göstərək", - Putin əlavə edib.
https://sputnik.az/20221226/mdb-de-fikir-ayriliqlari-olsa-da-emekdasliga-haziriq---putin-450049899.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424050_131:0:2860:2047_1920x0_80_0_0_f8993c4904640710ed7cd3c3858028cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
Putin: Rus dili MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvədir
Rusiya prezidenti MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə əmindir.
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvə adlandırıb.
"Xalqlarımızı həqiqətən çox şey birləşdirir: ortaq tarix, mənəvi köklər, mədəniyyətlərin və adətlərin, dəyərlərin və ənənələrin dərindən qaynayıb-qarışması. Və əlbəttə ki, bizim çoxmillətli dövlətimiz üçün güclü birləşdirici qüvvə olan rus dili", - Putin MDB liderlərinin qeyri-rəsmi sammitində deyib.
O xatırladıb ki, sammitlərin birində 2023-cü ildə Birlik ölkələrində Rus dili ilinin keçirilməsi qərara alınıb.
MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi
Rusiya Federasiyasının Prezidenti qeyd edib ki, MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ölkələrin fundamental maraqlarına və təhlükəsizliyin yaxşılaşdırılmasına cavab verir.
Putin MDB çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin ölkələrimizin xalqlarının fundamental maraqlarına cavab verdiyinə, Birlik dövlətlərinin sosial-iqtisadi inkişafı problemlərinin daha səmərəli həllinə, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
Artan Təhdidlər və Çağırışlar
Rusiya prezidenti bildirib ki, təhlükələr və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin onları həll etmək istəyi var.
"Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz buna hazırıq, əməkdaşlıq edəcəyik. Hər hansı problemli məsələ ortaya çıxsa belə, biz onları özümüz həll etməyə çalışırıq - birlikdə, birgə, bir-birimizə yoldaşcasına yardım və vasitəçilik fəaliyyəti göstərək", - Putin əlavə edib.