https://sputnik.az/20221226/mdb-de-fikir-ayriliqlari-olsa-da-emekdasliga-haziriq---putin-450049899.html
MDB-də fikir ayrılıqları olsa da, əməkdaşlığa hazırıq - Putin
MDB-də fikir ayrılıqları olsa da, əməkdaşlığa hazırıq - Putin
Sputnik Azərbaycan
Putin həmçinin qeyd edib ki, cari ilin yekunlarına görə, Rusiyanın MDB ölkələri ilə ticarəti 100 milyard dollara çata bilər. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T17:08+0400
2022-12-26T17:08+0400
2022-12-26T17:35+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
mdb
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448986990_0:376:2968:2047_1920x0_80_0_0_44391964bee0af2be3b01609c918e676.jpg
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvə adlandırıb. "Xalqlarımızı həqiqətən çox şey birləşdirir: ortaq tarix, mənəvi köklər, mədəniyyətlərin və adətlərin, dəyərlərin və ənənələrin dərin bağları. Və əlbəttə ki, bizim çoxmillətliliyimizi saxlayan güclü birləşdirici qüvvə olan Rus dili", - Putin MDB liderlərinin qeyri-rəsmi sammitində deyib. O xatırladıb ki, sammitlərin birində 2023-cü ildə Birlik ölkələrində rus dili ilinin keçirilməsi qərara alınıb. Rusiya prezidenti bildirib ki, MDB ölkələri hətta aralarında yaranan fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlığı davam etdirir və problemli məsələləri birgə həll etməyə çalışırlar. "Təəssüf ki, etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və hər hansı problemli məsələ ortaya çıxsa belə, özümüz onları birlikdə, birgə yoldaşlıq yardımı və vasitəçiliklə həll etməyə çalışırıq. ", - deyə o, MDB-nin qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib. Putin həmçinin qeyd edib ki, cari ilin yekunlarına görə, Rusiyanın MDB ölkələri ilə ticarəti 100 milyard dollara çata bilər. O, MDB dövlət başçılarına qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa gəldikləri üçün təşəkkür edib."Bu, ümumi istək idi, biz bununla bağlı dəfələrlə müraciət etmişik. Bu, Rusiyanın təşəbbüsüdür və dəstəyinizə görə sizə minnətdaram", - Rusiya prezidenti bildirib. Putin onu da əlavə edib ki, Birlik ölkələrinin dövlət başçılarının belə qeyri-rəsmi görüşləri bir qayda olaraq, çox məhsuldar olur.Rusiya dövlətinin başçısı Birlik ölkələrinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizə mövzularında qarşılıqlı fəaliyyət göstərdiyinə diqqət çəkib. O qeyd edib ki, geridə qalan ildə milli təhlükəsizlik və kəşfiyyat orqanları, habelə asayişin və daxili sabitliyin təmin edilməsinə cavabdeh olan digər strukturlar tərəfindən operativ əlaqələr saxlanılıb.
https://sputnik.az/20221226/putin-mdb-liderlerinin-qeyri-resmi-gorusunde-istirak-edir---canli-450046397.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/19/448986990_239:0:2968:2047_1920x0_80_0_0_68b1c6b6e7ffde89c991ab76b8c61701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, mdb
MDB-də fikir ayrılıqları olsa da, əməkdaşlığa hazırıq - Putin
17:08 26.12.2022 (Yenilənib: 17:35 26.12.2022) Putin həmçinin qeyd edib ki, cari ilin yekunlarına görə, Rusiyanın MDB ölkələri ilə ticarəti 100 milyard dollara çata bilər.
BAKI, 26 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin rus dilini MDB dövlətlərini bir yerdə saxlayan güclü birləşdirici qüvvə adlandırıb.
"Xalqlarımızı həqiqətən çox şey birləşdirir: ortaq tarix, mənəvi köklər, mədəniyyətlərin və adətlərin, dəyərlərin və ənənələrin dərin bağları. Və əlbəttə ki, bizim çoxmillətliliyimizi saxlayan güclü birləşdirici qüvvə olan Rus dili", - Putin MDB liderlərinin qeyri-rəsmi sammitində deyib.
O xatırladıb ki, sammitlərin birində 2023-cü ildə Birlik ölkələrində rus dili ilinin keçirilməsi qərara alınıb.
Rusiya prezidenti bildirib ki, MDB ölkələri hətta aralarında yaranan fikir ayrılıqlarına baxmayaraq, əməkdaşlığı davam etdirir və problemli məsələləri birgə həll etməyə çalışırlar.
"Təəssüf ki, etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, biz əməkdaşlığa hazırıq və hər hansı problemli məsələ ortaya çıxsa belə, özümüz onları birlikdə, birgə yoldaşlıq yardımı və vasitəçiliklə həll etməyə çalışırıq. ", - deyə o, MDB-nin qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.
Putin həmçinin qeyd edib ki, cari ilin yekunlarına görə, Rusiyanın MDB ölkələri ilə ticarəti 100 milyard dollara çata bilər.
O, MDB dövlət başçılarına qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa gəldikləri üçün təşəkkür edib.
"Bu, ümumi istək idi, biz bununla bağlı dəfələrlə müraciət etmişik. Bu, Rusiyanın təşəbbüsüdür və dəstəyinizə görə sizə minnətdaram", - Rusiya prezidenti bildirib.
Putin onu da əlavə edib ki, Birlik ölkələrinin dövlət başçılarının belə qeyri-rəsmi görüşləri bir qayda olaraq, çox məhsuldar olur.
Rusiya dövlətinin başçısı Birlik ölkələrinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizə mövzularında qarşılıqlı fəaliyyət göstərdiyinə diqqət çəkib.
O qeyd edib ki, geridə qalan ildə milli təhlükəsizlik və kəşfiyyat orqanları, habelə asayişin və daxili sabitliyin təmin edilməsinə cavabdeh olan digər strukturlar tərəfindən operativ əlaqələr saxlanılıb.