Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Özbəkistan və Azərbaycan ümumi dəyəri 700 milyon dollar olan layihələr üzərində işləyir

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov  - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılması üzrə birgə işlərin sürətləndirilməsində qarşılıqlı maraq ifadə olunub.
BAKI, 26 dekabr — Sputnik. Özbəkistanın investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov birgə iclasın yekunları üzrə bildiriblər ki, Özbəkistan və Azərbaycan ümumi dəyəri 700 milyon dollardan çox olan beş böyük layihənin maliyyə və texniki aspektləri üzərində işləyir. Bu barədə bazar günü Özbəkistan tərəfi məlumat yayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Gündəlikdə sənaye kooperasiyası və investisiya tərəfdaşlığı sahəsində qarşılıqlı fəaliyyət məsələləri olub. Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılması üzrə birgə işlərin sürətləndirilməsində qarşılıqlı maraq ifadə olunub. Nəqliyyat və logistika sektorunda tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Hər iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən zəruri yüklərin daşınması həcminin dəfələrlə artırılması üçün şəraitin yaradılması tədbirlərinin müzakirəsi məqsədilə beynəlxalq avtomobil daşımaları üzrə qarışıq komissiyanın ilk iclasının keçirilməsinin təşkilati aspektləri razılaşdırılıb.
Tərəflər həmçinin nəqliyyat infrastrukturunun inkişafı üçün birgə tədbirlərin görülməsi perspektivini qeyd ediblər. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 42 faiz, bu ilin əvvəlindən isə daha 52 faiz artıb. Özbəkistan və Azərbaycan qarşıdakı beş ildə qarşılıqlı ticarətin həcmini 1 milyard dollara çatdırmaq niyyətindədir.
Xəbər lenti
0