https://sputnik.az/20221226/llerler-unudulmayan-xiffeti-cekilen-televizya-verilisleri-449996861.html
İllərlər unudulmayan, xiffəti çəkilən televizya verilişləri
İllərlər unudulmayan, xiffəti çəkilən televizya verilişləri
Sputnik Azərbaycan
Tanınmış mütəxəssis indiki jurnalistikamızın ən böyük bəlalarından birinin təhqirlə tənqidin, təhqirlə cəsarətin səhv salınmasında görür. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T09:01+0400
2022-12-26T09:01+0400
2022-12-26T09:01+0400
televiziya
mədəniyyət
veriliş
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/16/434499136_0:160:3072:1888_1920x0_80_0_0_02ed825534ffd9a824d28456643e323c.jpg
BAKI, 26 dekabr — Sputnik. Televizor bir zamanlar evlərin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də insanların həyatının vacib atributlarından biri idi. Hər bir ailə, paytaxtda və bölgədə yaşamasından asılı olmayaraq, indi o qədər də seyr edilməyən televiziyalarda məşhur proqramları həvəslə gözləyirdi. Nostalji hislər yaşadacaq həmin televiziya proqramlarının bir neçəsini xatırladaq: "Səhər görüşləri" - Televiziyanın yaranmasının 20-ci ildönümündə, yəni 1976-cı ildə o zamankı sədr Qurban Yusifzadənin təşəbbüsü ilə yaranan "Səhər görüşləri" çox keçmədən hamının sevimlisinə çevrildi. Hər bazar günü 45 dəqiqə - 1 saat intervalında efirə gedən veriliş zamanı küçələrdən əl-ayaq çəkilərdi, hətta maşınlar belə, gözə dəyməzdi, hamı ekran önündə olardı. Birinci verilişdə SSRİ xalq artisti Zeynəb Xanlarova mahnı ifa edib, Əminə Yusifqızı şeir söyləyib, royal arxasında oturub mahnı ifa edib. İlk proqramın başqa qonaqları isə aktyorlar Nəsibə Zeynalova ilə Hacıbaba Bağırov olublar. "Səhər görüşləri"nin ilk aparıcıları xalq artistləri Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov olub. Sonradan onları Ofelya Sənani və Davud Əhmədov əvəz ediblər. Lütfəli Abdullayev və Bəşir Səfəroğludan başqa, ("Səhər görüşləri" başlayanda hər ikisi dünyasını dəyişmişdi) respublikanın ən tanınmış aktyorları: Əliağa Ağayev, Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hüseynağa Sadıqov, Fazil Salayev, Səməndər Rzayev, Həsənağa Turabov, Ramiz Əzizbəyli, Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adıgözəlov və başqaları verilişə dəvət olunar, onlara uyğun rollar yazılardı.Musiqi tərtibatı da mövsümə uyğun tərtib edilirdi ki, maraqlı olsun. Efirə yalnız adlı-sanlı, sənətdə sözünü demiş artistlər - Zeynəb Xanlarova, Şövkət Ələkbərova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Rübabə Muradova və digər tanınmış müğənnilər, xanəndələr dəvət olunurdu. "Səhər görüşləri"ndə bəyənilən, xoş əhval-ruhiyyə yaradan musiqilər, süjetlər verilirdi, musiqinin mövzuya uyarlılığına həmişə diqqət edilirdi. Tamaşaçıya hörmət nəzərə alınır, proqramın rəngarəngliyinə ciddi fikir verilirdi. "Komediyalar aləminə səyahət" - 1970-ci illərdə efirə gedən proqram bir çox aktyorlar üçün ilk məktəb olub. İnsanların həvəslə gözlədiyi və əyləndirici olduğu qədər də maarifləndirici səciyyə daşıyan "Komediyalar aləminə səyahət"də klassik Azərbaycan ədəbiyyatına və dramaturgiyasına tez-tez toxunulurdu. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və başqa ədiblərin əsərlərindən səhnəciklər hazırlanırdı. Bu kiçik səhnəciklər sonradan bir çox aktyorun parlamasına səbəb oldu. "Hacı Qəmbər", "Molla Cəbi", "Mən nənəylə evlənirəm", "Səftər əmioğlu" və bu kimi onlarla tamaşalar Əliağa Ağayev, Fazil Salayev, Hüseynağa Sadıqov, Eldəniz Zeynalov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalov kimi aktyorların tamaşaçılarla daha tez-tez görüşməsinə şərait yaradırdı. "Komediyalar aləminə səyahət"in ən məhur aparıcısı mərhum aktyor Əlabbas Qədirov idi. "7 gün" proqramı - Müstəqillik illərinin əvvəllərində yayımlanan və siyasi publisistikanın ilk qaranquşlarından sayılan "7 gün" proqramını bu gün yəqin ki, çoxları yaxşı xatırlayır. Proqramın müəllif və aparıcısı Qulu Məhərrəmli "7 gün " haqqında bildirib ki, 1993-cü ilin yayında gərgin siyasi hadisələr oldu, bu da televiziyanın proqramına da təsir etdi. "7 gün" proqramı da o hadisələrdən sonra, noyabr ayının axırlarında efirə çıxdı:"O zaman mən məzuniyyətdə idim. Gələndən sonra proqrama qatıldım və ilk günlər süjetlər hazırladım. O vaxtkı sədr Babək Hüseynoğlu dedi ki, sən də aparıcı kimi özünü sına. Ondan sonra həftədə bir dəfə mən, bir dəfə də hazırda deputat olan Sahib Alıyev "7 gün"ü aparırdı. Sonradan o televiziyadan getdi və mən 1995-ci ilə qədər verilişi tək apardım. "7 gün", təvazökarlıqdan uzaq da olsa, deyim ki, çox populyarlıq qazandı. O zamanın bütün aktual ictimai proseslərinə toxunurdu. Siyasi publisistikada bir yenilik idi. Professor Şirməmməd Hüseynov siyasi icmalçı kimi çıxış edirdi və bu proqramın reytinqinə müsbət təsir edirdi. Proqram istənilən aktual məsələlərə toxunurdu. Bir dəfə əlil arabaları barəsində hazırladığımız süjet mərhum prezident Heydər Əliyevin də çox xoşuna gəlmişdi. Yəni alternativsiz bir veriliş idi. Çox təəssüf ki, məşhurlaşandan sonra verilişin müştəriləri, yəni ona aparıcılıq etmək istəyənlər çoxaldı. Bir neçə aparıcı dəyişildi. Gördüm ki, proqram kontekstindən çıxır, ondan sonra "7 gün"dən imtina etdim". "Kinoklubda görüş" – insanlar vaxtilə hər həftənin bazar gününü bu proqrama görə səbirsizliklə gözləyirdilər. "Kinoklubda görüş" proqramının adı sonradan dəyişilərək "Kinoklub" oldu, formatında da bəzi dəyişikliklər edildi. Azərbaycan kinosu və kino xadimlərindən bəhs edən proqram hər həftənin bazar axşamı bir saat efirdə olurdu. Klubun üzvləri olan müxtəlif kino işçiləri bir yerə toplaşaraq ömürlərini kinoya həsr edən sənətkarları və onların kino fəaliyyətlərini xatırlayırdılar. Proqramın ən uğurlu aparıcıları isə mərhum aktyor Telman Adıgözəlov və xalq artisti Ramiz Novruz olub. Daimi qonaqları arasında isə rəhmətlik xalq artistləri haclbaba Bağırov, Nəsibə Zeynalova, Mirzə Babayev, Həsən Məmmədov, Səyavuş Aslan, Yaşar Nuri və başqalarını görmək olardı. Daha bir unudulmaz verilişlərdən biri də "Qulp" idi. İndi də sosial şəbəkələrdə və "Youtube" platformasında izlənən veriliş 1992–1998-ci illərdə AzTV-də yayımlanıb. 1998-ci ildən 2014-cü ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib. Siyasi-satirik şounun yaradıcısı jurnalist Mübariz Əsgərov veriliş haqqında danışarkən bildirib ki, tamaşaçılar hələ də bu verilişin bərpasını istəyir:""Qulp" 20 ildən artıq efirdə oldu. Hesab elədim ki, ola bilsin, camaatı yormuşam. İndi də soruşurlar ki, niyə o veriliş bağlandı. Ondan sonra "Rezonans" proqramının aparıcısı oldum. Amma "Qulp" qədər sevilmədi. Ola bilsin ki, nə vaxtsa qayıtdım. Amma indi marağım daha çox sənədli filmlərədir. Qarabağ mövzusunda filmlər çəkirəm". "Qulp" verilişi həm müxalifətin, həm də iqtidarın sevimli verilişi olub. Mübariz müəllim deyir ki, verilişin bu qədər sevilməyinə səbəb o idi ki, burada qərəzli mövqe yox idi. Cəmiyyətə güzgü tutulurdu bu verilişlə:"20 ildən artıq efirdə oldu bu veriliş, amma bir dəfə də olsun məhkəməyə düşməmişəm. Ən yüksək postlarda oturan insanlar belə, məndən o verilişin yenidən bərpasını istəyir. Mən o verilişdə azadlığı da hiss etmişəm, eyni zamanda məsuliyyəti də dərk etmişəm. Heç vaxt şəxsi məsələlərə toxunmamışam. Bəzən reytinq xatirinə istər hökumət, istərsə də qeyri-hökumət nümayəndəsinin şəxsi həyatından danışırlar, təhiq edirlər. Mən həmişə bundan qaçmışam. İndiki jurnalistikamızın ən böyük bəlalarından biri də odur ki, təhqirlə tənqidi, təhqirlə cəsarəti səhv salırlar. Elə bilirlər ki, təhqir etmək cəsarətdir. Məhz buna görə də "Qulp" proqramı sevilirdi, hələ elə bir adam tanımadım ki, o məndən buna görə narazı qalsın". Daha bir unudulmaz verilişlərdən biri də "Ailələr, talelər" verilişi idi. Verilin aparıcısı Nailə İslamzadə bu veriliş haqqında danışarkən bildirib ki, bir müddət televiziyadan uzaqlaşmasına rəğmən nə o, nə də ki veriliş tamaşaçılar tərəfindən unuduldu:"2006-cı ildə televiziyadan getdim, 2019-cu ildə qayıtdım. 13 ildə yada düşmək üçün heç nə etmədim, amma tamaşaçı unutmadı. Bu mövzuda yenidən veriliş hazırlamaq haqqında düşünməmişəm. Lakin bu gün də məni görəndə bəzən illər əvvəl hazırladığım verilişin süjetini mənə danışırlar. Məndə elə təəssürat yaranır ki, elə bil "Ailələr, talelər" verilişi hələ də efirdədir. Bunun üçün qədirbilən, diqqətli tamaçılara minnətdar olmalıyam təbii ki".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/16/434499136_171:0:2902:2048_1920x0_80_0_0_3e2f372f1e0f0f58bcc88f612e3f3ddf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
televiziya, veriliş
İllərlər unudulmayan, xiffəti çəkilən televizya verilişləri
Tanınmış mütəxəssis indiki jurnalistikamızın ən böyük bəlalarından birinin təhqirlə tənqidin, təhqirlə cəsarətin səhv salınmasında görür.
BAKI, 26 dekabr — Sputnik. Televizor bir zamanlar evlərin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də insanların həyatının vacib atributlarından biri idi. Hər bir ailə, paytaxtda və bölgədə yaşamasından asılı olmayaraq, indi o qədər də seyr edilməyən televiziyalarda məşhur proqramları həvəslə gözləyirdi.
Nostalji hislər yaşadacaq həmin televiziya proqramlarının bir neçəsini xatırladaq:
"Səhər görüşləri" - Televiziyanın yaranmasının 20-ci ildönümündə, yəni 1976-cı ildə o zamankı sədr Qurban Yusifzadənin təşəbbüsü ilə yaranan "Səhər görüşləri" çox keçmədən hamının sevimlisinə çevrildi. Hər bazar günü 45 dəqiqə - 1 saat intervalında efirə gedən veriliş zamanı küçələrdən əl-ayaq çəkilərdi, hətta maşınlar belə, gözə dəyməzdi, hamı ekran önündə olardı.
Birinci verilişdə SSRİ xalq artisti Zeynəb Xanlarova mahnı ifa edib, Əminə Yusifqızı şeir söyləyib, royal arxasında oturub mahnı ifa edib. İlk proqramın başqa qonaqları isə aktyorlar Nəsibə Zeynalova ilə Hacıbaba Bağırov olublar. "Səhər görüşləri"nin ilk aparıcıları xalq artistləri Leyla Bədirbəyli və Lütfi Məmmədbəyov olub. Sonradan onları Ofelya Sənani və Davud Əhmədov əvəz ediblər.
Lütfəli Abdullayev və Bəşir Səfəroğludan başqa, ("Səhər görüşləri" başlayanda hər ikisi dünyasını dəyişmişdi) respublikanın ən tanınmış aktyorları: Əliağa Ağayev, Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hüseynağa Sadıqov, Fazil Salayev, Səməndər Rzayev, Həsənağa Turabov, Ramiz Əzizbəyli, Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adıgözəlov və başqaları verilişə dəvət olunar, onlara uyğun rollar yazılardı.
Musiqi tərtibatı da mövsümə uyğun tərtib edilirdi ki, maraqlı olsun. Efirə yalnız adlı-sanlı, sənətdə sözünü demiş artistlər - Zeynəb Xanlarova, Şövkət Ələkbərova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İslamzadə, Məmmədbağır Bağırzadə, Hüseynağa Hadıyev, Elmira Rəhimova, Rübabə Muradova və digər tanınmış müğənnilər, xanəndələr dəvət olunurdu. "Səhər görüşləri"ndə bəyənilən, xoş əhval-ruhiyyə yaradan musiqilər, süjetlər verilirdi, musiqinin mövzuya uyarlılığına həmişə diqqət edilirdi. Tamaşaçıya hörmət nəzərə alınır, proqramın rəngarəngliyinə ciddi fikir verilirdi.
"Komediyalar aləminə səyahət" - 1970-ci illərdə efirə gedən proqram bir çox aktyorlar üçün ilk məktəb olub. İnsanların həvəslə gözlədiyi və əyləndirici olduğu qədər də maarifləndirici səciyyə daşıyan "Komediyalar aləminə səyahət"də klassik Azərbaycan ədəbiyyatına və dramaturgiyasına tez-tez toxunulurdu. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə və başqa ədiblərin əsərlərindən səhnəciklər hazırlanırdı. Bu kiçik səhnəciklər sonradan bir çox aktyorun parlamasına səbəb oldu. "Hacı Qəmbər", "Molla Cəbi", "Mən nənəylə evlənirəm", "Səftər əmioğlu" və bu kimi onlarla tamaşalar Əliağa Ağayev, Fazil Salayev, Hüseynağa Sadıqov, Eldəniz Zeynalov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalov kimi aktyorların tamaşaçılarla daha tez-tez görüşməsinə şərait yaradırdı. "Komediyalar aləminə səyahət"in ən məhur aparıcısı mərhum aktyor Əlabbas Qədirov idi.
"7 gün" proqramı - Müstəqillik illərinin əvvəllərində yayımlanan və siyasi publisistikanın ilk qaranquşlarından sayılan "7 gün" proqramını bu gün yəqin ki, çoxları yaxşı xatırlayır. Proqramın müəllif və aparıcısı Qulu Məhərrəmli "7 gün " haqqında bildirib ki, 1993-cü ilin yayında gərgin siyasi hadisələr oldu, bu da televiziyanın proqramına da təsir etdi. "7 gün" proqramı da o hadisələrdən sonra, noyabr ayının axırlarında efirə çıxdı:
"O zaman mən məzuniyyətdə idim. Gələndən sonra proqrama qatıldım və ilk günlər süjetlər hazırladım. O vaxtkı sədr Babək Hüseynoğlu dedi ki, sən də aparıcı kimi özünü sına. Ondan sonra həftədə bir dəfə mən, bir dəfə də hazırda deputat olan Sahib Alıyev "7 gün"ü aparırdı. Sonradan o televiziyadan getdi və mən 1995-ci ilə qədər verilişi tək apardım. "7 gün", təvazökarlıqdan uzaq da olsa, deyim ki, çox populyarlıq qazandı. O zamanın bütün aktual ictimai proseslərinə toxunurdu. Siyasi publisistikada bir yenilik idi. Professor Şirməmməd Hüseynov siyasi icmalçı kimi çıxış edirdi və bu proqramın reytinqinə müsbət təsir edirdi. Proqram istənilən aktual məsələlərə toxunurdu. Bir dəfə əlil arabaları barəsində hazırladığımız süjet mərhum prezident Heydər Əliyevin də çox xoşuna gəlmişdi. Yəni alternativsiz bir veriliş idi. Çox təəssüf ki, məşhurlaşandan sonra verilişin müştəriləri, yəni ona aparıcılıq etmək istəyənlər çoxaldı. Bir neçə aparıcı dəyişildi. Gördüm ki, proqram kontekstindən çıxır, ondan sonra "7 gün"dən imtina etdim".
"Kinoklubda görüş" – insanlar vaxtilə hər həftənin bazar gününü bu proqrama görə səbirsizliklə gözləyirdilər. "Kinoklubda görüş" proqramının adı sonradan dəyişilərək "Kinoklub" oldu, formatında da bəzi dəyişikliklər edildi. Azərbaycan kinosu və kino xadimlərindən bəhs edən proqram hər həftənin bazar axşamı bir saat efirdə olurdu. Klubun üzvləri olan müxtəlif kino işçiləri bir yerə toplaşaraq ömürlərini kinoya həsr edən sənətkarları və onların kino fəaliyyətlərini xatırlayırdılar. Proqramın ən uğurlu aparıcıları isə mərhum aktyor Telman Adıgözəlov və xalq artisti Ramiz Novruz olub. Daimi qonaqları arasında isə rəhmətlik xalq artistləri haclbaba Bağırov, Nəsibə Zeynalova, Mirzə Babayev, Həsən Məmmədov, Səyavuş Aslan, Yaşar Nuri və başqalarını görmək olardı.
Daha bir unudulmaz verilişlərdən biri də "Qulp" idi. İndi də sosial şəbəkələrdə və "Youtube" platformasında izlənən veriliş 1992–1998-ci illərdə AzTV-də yayımlanıb. 1998-ci ildən 2014-cü ilə qədər ANS TV-nin ən baxımlı verilişlərindən sayılıb. Verilişdə rüşvətxorluq, ictimai və digər problemlər uydurma və satirik personajlar vasitəsilə mizahlı şəkildə qınanılırdı. Verilişdə müxtəlif zamanlar şair Baba Pünhan və aktyor Yadigar Muradov ("Aşıq Yediyar" personajı kimi) iştirak edib. Siyasi-satirik şounun yaradıcısı jurnalist Mübariz Əsgərov veriliş haqqında danışarkən bildirib ki, tamaşaçılar hələ də bu verilişin bərpasını istəyir:
""Qulp" 20 ildən artıq efirdə oldu. Hesab elədim ki, ola bilsin, camaatı yormuşam. İndi də soruşurlar ki, niyə o veriliş bağlandı. Ondan sonra "Rezonans" proqramının aparıcısı oldum. Amma "Qulp" qədər sevilmədi. Ola bilsin ki, nə vaxtsa qayıtdım. Amma indi marağım daha çox sənədli filmlərədir. Qarabağ mövzusunda filmlər çəkirəm".
"Qulp" verilişi həm müxalifətin, həm də iqtidarın sevimli verilişi olub. Mübariz müəllim deyir ki, verilişin bu qədər sevilməyinə səbəb o idi ki, burada qərəzli mövqe yox idi. Cəmiyyətə güzgü tutulurdu bu verilişlə:
"20 ildən artıq efirdə oldu bu veriliş, amma bir dəfə də olsun məhkəməyə düşməmişəm. Ən yüksək postlarda oturan insanlar belə, məndən o verilişin yenidən bərpasını istəyir. Mən o verilişdə azadlığı da hiss etmişəm, eyni zamanda məsuliyyəti də dərk etmişəm. Heç vaxt şəxsi məsələlərə toxunmamışam. Bəzən reytinq xatirinə istər hökumət, istərsə də qeyri-hökumət nümayəndəsinin şəxsi həyatından danışırlar, təhiq edirlər. Mən həmişə bundan qaçmışam. İndiki jurnalistikamızın ən böyük bəlalarından biri də odur ki, təhqirlə tənqidi, təhqirlə cəsarəti səhv salırlar. Elə bilirlər ki, təhqir etmək cəsarətdir. Məhz buna görə də "Qulp" proqramı sevilirdi, hələ elə bir adam tanımadım ki, o məndən buna görə narazı qalsın".
Daha bir unudulmaz verilişlərdən biri də "Ailələr, talelər" verilişi idi. Verilin aparıcısı Nailə İslamzadə bu veriliş haqqında danışarkən bildirib ki, bir müddət televiziyadan uzaqlaşmasına rəğmən nə o, nə də ki veriliş tamaşaçılar tərəfindən unuduldu:
"2006-cı ildə televiziyadan getdim, 2019-cu ildə qayıtdım. 13 ildə yada düşmək üçün heç nə etmədim, amma tamaşaçı unutmadı. Bu mövzuda yenidən veriliş hazırlamaq haqqında düşünməmişəm. Lakin bu gün də məni görəndə bəzən illər əvvəl hazırladığım verilişin süjetini mənə danışırlar. Məndə elə təəssürat yaranır ki, elə bil "Ailələr, talelər" verilişi hələ də efirdədir. Bunun üçün qədirbilən, diqqətli tamaçılara minnətdar olmalıyam təbii ki".