Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

İlin yekunları: Bakı və İrəvan danışıqlar masası arxasında nəyə nail oldular?

Abunə olmaq
2022-ci ildə Azərbaycanla Ermənistan nümayəndələri arasında münasibətlərin qurulması və sülh müqaviləsinin imzalanması üçün bir çox görüşlər təşkil olunub. Keçən ilin nəticələri və gələcək perspektivlər haqqında Sputnik Azərbaycan-nın videosunda.
Bu il Avropa İttifaqının sədrliyi ilə dörd görüş keçirilib. Bu görüşlərdə tərəflərin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətə sadiq olduqları açıq şəkildə qeyd olunub. Bu barədə politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın işə başlamasına baxmayaraq, konkret nəticə əldə etmək mümkün olmayıb. Lakin bütün bu görüşlər normallaşma prosesinə töhfə verir", - deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, 2022-ci il oktyabrın 31-də Soçidə görüşün keçirilməsi Rusiyanın Cənubi Qafqazda normallaşma proseslərində fəallaşmasının sübutu olub.
"Azərbaycan öz mövqeyinə sadiqdir. Bütün problemlər həll edilməlidir. Sülh sazişinə nəqliyyat kommunikasiyalarının açılması və dövlət sərhədinin müəyyənləşdirilməsi məsələlərini daxil etmək lazımdır", - deyə Hüseynov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0