https://sputnik.az/20221226/kiraye-menziller-edv-den-azad-olunur-450058091.html
Kirayə mənzillər ƏDV-dən azad olunur
Kirayə mənzillər ƏDV-dən azad olunur
Sputnik Azərbaycan
2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə... 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T21:24+0400
2022-12-26T21:24+0400
2022-12-26T21:24+0400
cəmiyyət
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
kirayə
kirayə mənzil
ədv
vergi məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441640518_0:106:2018:1241_1920x0_80_0_0_b225297d32d9ba980ebe0c7d6c190165.jpg
BAKI, 26 dekabr — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir. Bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb. Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441640518_112:0:1907:1346_1920x0_80_0_0_db621afa8954023104099e0dd37b3572.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, kirayə, kirayə mənzil, ədv, vergi məcəlləsi
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, kirayə, kirayə mənzil, ədv, vergi məcəlləsi
Kirayə mənzillər ƏDV-dən azad olunur
2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
BAKI, 26 dekabr — Sputnik. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir.
Bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası" təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb.
Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər.
Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.