https://sputnik.az/20221226/bmt-nin-azerbaycanli-resmisi-talibandan-qadinlarla-bagli-qadagani-goturmeyi-teleb-edib-450045911.html
BMT-nin azərbaycanlı rəsmisi Taliban*dan qadınlarla bağlı qadağanı götürməyi tələb edib
BMT-nin azərbaycanlı rəsmisi Taliban*dan qadınlarla bağlı qadağanı götürməyi tələb edib
Sputnik Azərbaycan
BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb. 26.12.2022, Sputnik Azərbaycan
2022-12-26T16:35+0400
2022-12-26T16:35+0400
2022-12-26T16:35+0400
taliban
siyasət
əfqanıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427908884_0:0:3072:1728_1920x0_80_0_0_488823e2a1a8491303d26b80c9da942b.jpg
BAKI, 26 dekabr — Sputnik. BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri Taliban administrasiyasının iqtisadiyyat naziri ilə görüşüb. Bu barədə BMT-nin Əfqanıstandakı Missiyası məlumat yayıb. Bildirilib ki, görüş zamanı BMT rəsmisi Talibanın iqtisadiyyat nazirindən Əfqanıstanda QHT-lərin qadın işçilərinin fəaliyyətinə qoyulan qadağaya dair qərarı ləğv etməyi tələb edib. "BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb və görüşdə qadınların yerli və beynəlxalq QHT-lərin humanitar işlərində iştirakına qadağa qoyulması qərarını ləğv etməyə çağırıb. Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var və maneələrin aradan qaldırılması çox vacibdir", - missiyanın yaydığı məlumatda qeyd olunub. Xatırladaq ki, ötən həftə İqtisadiyyat Nazirliyi bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına növbəti bildirişə qədər qadın işçilərin çalışmasına icazə verməmək barədə göstəriş verib. Bu göstəriş birbaşa BMT-yə şamil edilmir, lakin onun bir çox proqramları bu qərara tabe olan QHT-lər tərəfindən həyata keçirilir.* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.
https://sputnik.az/20221224/taliban-efqanistandaki-butun-qht-lere-qadin-iscilerin-isini-dayandirmagi-emr-edib-449991701.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0d/427908884_284:0:3015:2048_1920x0_80_0_0_c88cef154cc76b343915635d49fa2b6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taliban, əfqanıstan
BMT-nin azərbaycanlı rəsmisi Taliban*dan qadınlarla bağlı qadağanı götürməyi tələb edib
BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb.
BAKI, 26 dekabr — Sputnik. BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri Taliban administrasiyasının iqtisadiyyat naziri ilə görüşüb.
Bu barədə BMT-nin Əfqanıstandakı Missiyası məlumat yayıb.
Bildirilib ki, görüş zamanı BMT rəsmisi Talibanın iqtisadiyyat nazirindən Əfqanıstanda QHT-lərin qadın işçilərinin fəaliyyətinə qoyulan qadağaya dair qərarı ləğv etməyi tələb edib.
"BMT-nin Əfqanıstandakı Missiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Ələkbərov bu gün Kabildə Talibanın iqtisadiyyat naziri Məhəmməd Həniflə görüşüb və görüşdə qadınların yerli və beynəlxalq QHT-lərin humanitar işlərində iştirakına qadağa qoyulması qərarını ləğv etməyə çağırıb.
Milyonlarla əfqanın humanitar yardıma ehtiyacı var və maneələrin aradan qaldırılması çox vacibdir", - missiyanın yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən həftə İqtisadiyyat Nazirliyi bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına növbəti bildirişə qədər qadın işçilərin çalışmasına icazə verməmək barədə göstəriş verib. Bu göstəriş birbaşa BMT-yə şamil edilmir, lakin onun bir çox proqramları bu qərara tabe olan QHT-lər tərəfindən həyata keçirilir.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarı ilə Taliban hərəkatı terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.