Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bərdədə yol qəzası olub, polis xəsarət alıb

© Depositphotos.com / Pavel1964Qəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
BAKI, 26 dekabr — Sputnik. Bərdədə yol qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0