DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da qar fırtınası qurbanlarının sayı artıb

© AP Photo / Jeffrey T. BarnesABŞ-da qar
ABŞ-da qar - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Fırtına xüsusilə Nyu-York ştatının Buffalo bölgəsində dağıdıcı olub.
BAKI, 26 dekabr — Sputnik. ABŞ-da qar fırtınası və soyuq hava səbəbindən ölənlərin sayı artmaqda davam edir.
ABŞ-ın müxtəlif KİV-lərinin məlumatına görə, fəlakətin qurbanlarının sayı artıq 34-41 nəfər təşkil edir.
"Bazar günü milyonlarla insan ABŞ-da ən azı 34 nəfərin ölümünə səbəb olan və daha çox insanın həyatına son qoyacağı gözlənilən qış fırtınasından xilas olmaq üçün şiddətli şaxtalardan sığınıblar", - deyə "Associated Press" informasiya və xəbər agentliyi bildirib.
"NBC News"un məlumatına görə, bazar günü axşam saatlarında ən azı 41 nəfər həlak olub. Daha sonra televiziya kanalı 46 nəfərin həyatını itirdiyini qeyd edib.
Ölüm halları 12 ştatda qeydə alınıb: Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Nyu-York, Ohayo, Oklahoma, Tennessi və Viskonsin.
Fırtınanın miqyası demək olar ki, misli görünməmiş olub. O, Kanadanın yaxınlığındakı Böyük göllərdən Meksika ilə sərhəd boyunca Rio-Qrandeyə qədər uzanıb.
ABŞ əhalisinin təxminən 60%-i qış hava şəraiti ilə bağlı xəbərdarlıqla üzləşib.
Fırtına xüsusilə Nyu-York ştatının Buffalo bölgəsində dağıdıcı olub.
"Bu, bir çox böyük fırtınalardan qurtulan Buffalonun tarixinə ən dağıdıcı fırtına kimi düşəcək", - deyə Nyu-York qubernatoru Keti Hokul bildirib.
O, bazar günü, axşam Nyu-Yorkun Eri dairəsində hakimiyyətin fırtına ilə bağlı ən azı 12 nəfərin öldüyünü təsdiqlədiyini qeyd edib. Bu rəqəmin artacağı gözlənilir.
"FlightAward" izləmə saytının məlumatına görə, bazar günü, günorta saatlarında ölkə daxilində 3300-dən çox daxili və beynəlxalq reyslər ləğv edilib. Eyni zamanda, 11 mindən çox reys təxirə salınıb.
Buffalo-Niaqara Beynəlxalq Hava Limanı çərşənbə axşamı, səhər saat 11-dək bağlanıb.
Digər sayt bildirib ki, bazar günü, saat 15:00-da təxminən 200 min istehlakçı elektriksiz qalıb.
Xəbər lenti
0