CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərbi Azərbaycandan olan qaçqınların öz yurduna qayıtması yeni reallıqdır - Deputat

Kəlbəcər - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Millət vəkili dövlət başçısının öz doğum gününü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsinin artıq bir ənənə olduğuna diqqət çəkib.
BAKI, 25 dekabr - Sputnik. Tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin öz doğum gününü xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb:
"Son iki ilədək Prezident İlham Əliyevlə belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı təşkil olunurdu. Tarixi Zəfərimizdən sonra həsrətlə gözlədiyimiz Böyük Qayıdış tarixi hadisəsi reallığa çevrildi".
Deputat qeyd edib ki, dekabrın 24-də Müzəffər Ali Baş Komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakterli olmaqla, əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsidir:
© © APAMilli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu  - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu
"Bu kontekstdə Prezident İlham Əliyev ilk növbədə, həmin torpaqlarımıza qayıtmağımızı hər şeydən əvvəl tarixi yaddaşımızla əlaqələndirdi. Doğurdan da, milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəslə ötürülməsi Birinci Qarabağ savaşından sonra dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentimizin qeyd etdiyi kimi, bu gün Zəngilana, Ağalıya o torpaqlarımızı görməmiş yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də, əgər illər əvvəl məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkləşəcək. Çünki bunu təmin edəcək qüdrətli Liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var", - deyə H.Babaoğlu vurğulayıb.
"Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək vurğuladı ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün əziz Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki, bunun üçün hər şeydən əvvəl biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irsi ermənilərin barbarcasına necə dağıtdıqlarını, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq", - deyə millət vəkili sözlərinə davam edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq, onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırıb.
"Eyni zamanda, bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi", - deyə deputat fikrini tamamlayıb.
Xəbər lenti
0