https://sputnik.az/20221225/medeniyyet-namine-sulh-qlobal-cagirisi-yeniden-gundemde-449995008.html
“Mədəniyyət naminə sülh” qlobal çağırışı yenidən gündəmdə
“Mədəniyyət naminə sülh” qlobal çağırışı yenidən gündəmdə
Sputnik Azərbaycan
Azərbaycanla ICESCO arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyat Planı imzalanıb. 25.12.2022, Sputnik Azərbaycan
2022-12-25T10:04+0400
2022-12-25T10:04+0400
2022-12-25T19:11+0400
siyasət
isesco
azərbaycan
milli fəaliyyət planı
https://cdnn1.img.sputnik.az/img/42169/39/421693910_0:0:2000:1125_1920x0_80_0_0_0569622a51f5771fa265f841bec9a287.jpg
BAKI, 25 dekabr - Sputnik. Dekabrın 24-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Azərbaycan Xarici İşlər nazirliyindən verilən məlumata görə, imzalanmış Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub.Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb.İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S. Əl-Malik arasında görüş keçirilib. Görüşdə ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə AR XİN, eyni zamanda AR-in Rabatdakı Səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/39/421693910_168:0:1941:1330_1920x0_80_0_0_1af7dfa77e22c620ea3fab23b26c6f8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isesco, azərbaycan, milli fəaliyyət planı
isesco, azərbaycan, milli fəaliyyət planı
“Mədəniyyət naminə sülh” qlobal çağırışı yenidən gündəmdə
10:04 25.12.2022 (Yenilənib: 19:11 25.12.2022) Azərbaycanla ICESCO arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyat Planı imzalanıb.
BAKI, 25 dekabr - Sputnik. Dekabrın 24-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Azərbaycan Xarici İşlər nazirliyindən verilən məlumata görə, imzalanmış Fəaliyyət Planına əsasən Azərbaycan Respublikasının təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub.
Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.
Fəaliyyət Planını Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb.
İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S. Əl-Malik arasında görüş keçirilib. Görüşdə ICESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə AR XİN, eyni zamanda AR-in Rabatdakı Səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb.