NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Küveyt dizel yanacağının ilk partiyasını Avropaya yola salıb

CC0 / Skitterphoto / заправкаYanacaqdoldurma prosesi, arxiv şəkli
Yanacaqdoldurma prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Avropa ittifaqı standartlarına uyğun, xüsusi xüsusiyyətlərə malik dizel yanacağının istehsalı neft emalı zavodunda aparılan bir sıra tədqiqatların nəticəsində mümkün olub.
BAKI, 25 dekabr - Sputnik. Küveyt Avropa Birliyinə Avropa bazarlarının tələblərinə cavab verən xüsusi standartlara uyğun ölkədə istehsal olunan dizel yanacağının ilk partiyasını göndərib.
Küveyt Milli Neft Korporasiyasından Küveyt Xəbər Agentliyinin əldə etdiyi bəyanatda deyilir ki, yanacaq ilk növbədə qış mövsümü üçün nəzərdə tutulub.
“Avropa bazarlarının standartlarına uyğun istehsal olunan, həcmi 66 min ton olan dizel yanacağının ilk partiyası Avropa İttifaqına göndərilib”, - deyə məlumatda bildirilir.
Korporasiya Avropa İttifaqı standartlarına uyğun, xüsusi xüsusiyyətlərə malik dizel yanacağının istehsalının Abdullah limanındakı neft emalı zavodunda aparılan bir sıra tədqiqatlar nəticəsində mümkün olduğunu açıqlayıb:
"Mütəxəssislər bu xüsusiyyətləri yaxşılaşdıra bildilər ki, bu da fayda əldə etməyə imkan verdi, şirkətin qlobal bazarlara çıxış imkanlarını genişləndirdi".
Korporasiyadan verilən məlumata görə, onun neft emalı zavodu indi qabaqcıl ekoloji standartları və yüksək keyfiyyəti ilə seçilən bu növ dizel yanacağını istehsal edə bilər.
Xəbər lenti
0