DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənilər Paşinyanı bəyənmirlər - Sorğu

© AFP 2023 / MICHEL EULERNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Qeyd edilib ki, ermənilərin yalnız 23,2%-i Paşinyanın fəaliyyətini müsbət qiymətləndirir, respondentlərin 34,7%-i isə qəti şəkildə onu dəstəkləmir.
BAKI, 25 dekabr - Sputnik. Ermənistan vətəndaşlarının əksəriyyəti baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirir. Bu barədə RİA Novosti “Gallup Beynəlxalq Assosiasiya”sının sorğusuna istinadən xəbər verir.
Araşdırmaya görə, respondentlərin 38%-i Ermənistan Nazirlər Kabinetinin rəhbərinin fəaliyyətini dəstəkləyir, respondentlərin 57,8%-i isə əks mövqedən çıxış edir.
Qeyd edilib ki, ermənilərin yalnız 23,2%-i Paşinyanın fəaliyyətini müsbət qiymətləndirir, respondentlərin 34,7%-i isə qəti şəkildə onu dəstəkləmir.
Ermənistan Nazirlər Kabinetinin fəaliyyəti də əsasən mənfi reaksiyaya səbəb olur - respondentlərin 50,8%-i bəyənmir, 42%-i onu dəstəkləyir.
Eyni zamanda, ölkənin problemlərindən biri də iqtisadi vəziyyətdir. Belə ki, respondentlərin 12,6%-i bunu müsbət, 32,8%-i mənfi qiymətləndirsə də, ermənilərin əksəriyyəti bunu “orta” hesab edir – 53,9%.
Xəbər lenti
0