DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada koronavirusa yoluxanların sayı açıqlandı

© Sputnik / Алексей Майшев / Mediabanka keçidCOVİD xəstəsi, arxiv şəkli
COVİD xəstəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.12.2022
Abunə olmaq
Virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.
BAKI, 25 dekabr - Sputnik. Dünyada koronavirusa yoluxma hallarının sayı 656 milyon 973 min 775 nəfərə çatıb. Bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Virusun yayıldığı gündən indiyədək 6 milyon 678 min 316 nəfər yoluxmanın nəticələrindən dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Almaniya və Braziliya var.
Qeyd edək ki, dekabrın 25-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 965 nəfər koronavirus infeksiyasına yoluxub, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 564 nəfərdir.
Xəbər lenti
0