https://sputnik.az/20221224/xaricden-olkemize-derman-getirilmesinde-problem-var-449612026.html
Xaricdən ölkəmizə dərman gətirilməsində problem var?
Xaricdən ölkəmizə dərman gətirilməsində problem var?
Sputnik Azərbaycan
Natiq Cəfərli xaricdən gətirilən dərmanlara görə yeni normaların təyin edilməsindənsə, insanları xaricdən dərman almağa vadar edən səbəblərin aradan... 24.12.2022, Sputnik Azərbaycan
2022-12-24T17:25+0400
2022-12-24T17:25+0400
2022-12-24T17:25+0400
dərman
səhiyyə
deputat
komitə
komitə sədri
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_0:0:3071:1728_1920x0_80_0_0_e0904b8fe182a92db60604ee8da1d54c.jpg
BAKI, 24 dekabr — Sputnik. Ölkəmizdə dərman preparatlarının qiymətinin kəskin baha qiymətə olması vətəndaşlarımızı xaricdən dərman almağa vadar edir. Amma bəzi hallarda insanlar xaricdən dərman gətirərkən gömrükdə problemlə üzləşirlər. Odur ki, ölkəmizə xaricdən dərman preparatlarının gətirilməsi ilə bağlı yeni qaydaların hazırlanacağı gözlənilir. Ötən gün Milli Məclisin clasında çıxış edən baş nazir Əli Əsədov bildirib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər.Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov da bildirib ki, Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilməsi istiqamətində iş aparır: "Bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək", - deyə o qeyd edib.İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bidlirib ki, xaricdən gətirilən dərmanlara norma təyin edilməsi çıxış yolu deyil. O, həmçinin qeyd edib ki, bu gün əsas problem dərmanların qiymətinin ölkəmizdə baha olmasıdır: "İnsanlar xaricdən iki səbəbdən dərman gətirirlər. Xaricdə dərmanların qiyməti ucuz və keyfiyyətlidir. Biz də ölkəmizdə dərman bazarında olan bu iki ciddi problemi aradan qaldırmalıyıq".İqtisadçı onu da bildirib ki, Tarif Şurasının dərmanların qiymət tənzimlənməsi siyasəti yararsızdır. Çünki, qiymətlər molekullara və istehsalçı ölkələrə görə dəyişir. O, bildirib ki, problemi aradan qaldırmağın əsas yolu xarici dərman şirkətlərinin bazara çıxışına imkan yaradılmasıdır: "Xarici ölkələrin iri dərman istehsalçıları Azərbaycan bazarına birbaşa daxil ola bilmirlər. Onlar öz məhsullarını ölkəmizdə distrübüterlər vasitəsilə bazara təqdim edirlər. Distrübüterlər isə qiymətləri diktə edirlər".Həmçinin N. Cəfərli bildirib ki, ölkədə bütün vətəndaşların xaricdən dərman almaq üçün dostu-qohumu yoxdur: "Onda belə çıxır ki, vətndaş ya kimdənsə xaricdən dərman almaq üçün xahiş etməlidir, yaxud da bir dərmandan ötrü xaricə getməlidir".N. Cəfərli bildirdi ki, dərman vasitələrinin mütləq əksəriyyətinə gömrük rüsumu olmasa da, ƏDV var. Bu isə qiymət artımına rəvac verir. Həmçinin iqtisadçı vitaminlərə gömrük rüsumunun-15 faiz rüsumun tətbiq edilməsinin qiymətə təsir etdiyini söylədi.Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən sorğumuza cavabda bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nın 1.2-ci bəndinə uyğun olaraq gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallar istisna olmaqla, həmin qaydaların 2.1.7-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.Dövlət Gömrük Komitəsi şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilməsinin mümkün olduğunu bildirsə də, deputatlar əksini iddia edir.Dərmanların ölkəyə gətirilməsində problem olduğunu bu gün deputat Vahid Əhmədov da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin iclasında bildirib: " Bir il bundan qabaq Türkiyədən özüm üçün dərman gətirirdim. Baqajı gözləyəndə gördüm, bir saat gecikmə var. Soruşanda dedilər ki, baqajda dərman var, yoxlanılır. Mən dərman gətirəndə 3 aylıq dərmanlarımı birdən gətirirəm. Mən Səfər Mehdiyevə (Dövlət Gömrük Komitəsinin sabiq sədri-red.) zəng edəndən sonra buraxdılar. Ona görə dərmanlarının miqdarının müəyyən edilməsi çox vacibdir".Deputat bəzi dərmanları dostlarının xaricdən alıb göndərdiyini söyləyib: "Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma 7-8 dəfə dərman baha ola bilməz".Deputat əlavə edib ki, insanlar ərzağın baha olmasına etiraz etmirlər: "Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətləri edirlər ki, bu qiymətləri onların üzərinə qoymağa məcburdurlar?!"Xatırladaq ki, bundan öncə deputat Razi Nurullayev parlamentin iclasında şəxsi istifadə üçün dərmanların xaricdən gətirilməsinə problemlərin yaradıldığını söyləyib. O bildirib ki, vətəndaşlar üçün zəruri olan məhsullar var və gərək o məhsulların şəxsi istifadə üçün xaricdən gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatlarını alıb gətirirlər: "Quru sərhədləri bağlıdır, səyahət yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərmanı xaricdən gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, 1 illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə, düz edir. Nəinki düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu, o deməkdir ki, o insan bahaçılığa görə dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir".Razi Nurullayev diqqətə çatdırıb ki, bu problemdən iki çıxış yolu var: "Ya biz dərmanların qiymətini elə tənzimləyək ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu göstərən zaman belə, güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirirlər. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlar yazıqdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_257:0:2988:2048_1920x0_80_0_0_326647cc5c238ccc3007efca2f53ef1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dərman, deputat, komitə, komitə sədri
dərman, deputat, komitə, komitə sədri
Xaricdən ölkəmizə dərman gətirilməsində problem var?
Natiq Cəfərli xaricdən gətirilən dərmanlara görə yeni normaların təyin edilməsindənsə, insanları xaricdən dərman almağa vadar edən səbəblərin aradan qaldırılmasının doğru olduğunu söyləyib.
BAKI, 24 dekabr — Sputnik. Ölkəmizdə dərman preparatlarının qiymətinin kəskin baha qiymətə olması vətəndaşlarımızı xaricdən dərman almağa vadar edir. Amma bəzi hallarda insanlar xaricdən dərman gətirərkən gömrükdə problemlə üzləşirlər. Odur ki, ölkəmizə xaricdən dərman preparatlarının gətirilməsi ilə bağlı yeni qaydaların hazırlanacağı gözlənilir. Ötən gün Milli Məclisin clasında çıxış edən baş nazir Əli Əsədov bildirib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər.
Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.
Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov da bildirib ki, Dövlət Gömrük Komitəsi ölkəyə şəxsi istifadə üçün gətirilən dərmanlar üçün norma müəyyən edilməsi istiqamətində iş aparır: "Bununla bağlı Səhiyyə Nazirliyi ilə birgə iş aparırıq. Yəqin ki, yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək", - deyə o qeyd edib.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bidlirib ki, xaricdən gətirilən dərmanlara norma təyin edilməsi çıxış yolu deyil. O, həmçinin qeyd edib ki, bu gün əsas problem dərmanların qiymətinin ölkəmizdə baha olmasıdır: "İnsanlar xaricdən iki səbəbdən dərman gətirirlər. Xaricdə dərmanların qiyməti ucuz və keyfiyyətlidir. Biz də ölkəmizdə dərman bazarında olan bu iki ciddi problemi aradan qaldırmalıyıq".
İqtisadçı onu da bildirib ki, Tarif Şurasının dərmanların qiymət tənzimlənməsi siyasəti yararsızdır. Çünki, qiymətlər molekullara və istehsalçı ölkələrə görə dəyişir. O, bildirib ki, problemi aradan qaldırmağın əsas yolu xarici dərman şirkətlərinin bazara çıxışına imkan yaradılmasıdır: "Xarici ölkələrin iri dərman istehsalçıları Azərbaycan bazarına birbaşa daxil ola bilmirlər. Onlar öz məhsullarını ölkəmizdə distrübüterlər vasitəsilə bazara təqdim edirlər. Distrübüterlər isə qiymətləri diktə edirlər".
Həmçinin N. Cəfərli bildirib ki, ölkədə bütün vətəndaşların xaricdən dərman almaq üçün dostu-qohumu yoxdur: "Onda belə çıxır ki, vətndaş ya kimdənsə xaricdən dərman almaq üçün xahiş etməlidir, yaxud da bir dərmandan ötrü xaricə getməlidir".
N. Cəfərli bildirdi ki, dərman vasitələrinin mütləq əksəriyyətinə gömrük rüsumu olmasa da, ƏDV var. Bu isə qiymət artımına rəvac verir. Həmçinin iqtisadçı vitaminlərə gömrük rüsumunun-15 faiz rüsumun tətbiq edilməsinin qiymətə təsir etdiyini söylədi.
Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən sorğumuza cavabda bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nın 1.2-ci bəndinə uyğun olaraq gömrük sərhədindən keçirilməsi qadağan olunmuş və ya gömrük sərhədindən keçirilməsinə görə lisenziya tələb olunan mallar istisna olmaqla, həmin qaydaların 2.1.7-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
Dövlət Gömrük Komitəsi şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrinin gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilməsinin mümkün olduğunu bildirsə də, deputatlar əksini iddia edir.
Dərmanların ölkəyə gətirilməsində problem olduğunu bu gün deputat Vahid Əhmədov da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin iclasında bildirib: " Bir il bundan qabaq Türkiyədən özüm üçün dərman gətirirdim. Baqajı gözləyəndə gördüm, bir saat gecikmə var. Soruşanda dedilər ki, baqajda dərman var, yoxlanılır. Mən dərman gətirəndə 3 aylıq dərmanlarımı birdən gətirirəm. Mən Səfər Mehdiyevə (Dövlət Gömrük Komitəsinin sabiq sədri-red.) zəng edəndən sonra buraxdılar. Ona görə dərmanlarının miqdarının müəyyən edilməsi çox vacibdir".
Deputat bəzi dərmanları dostlarının xaricdən alıb göndərdiyini söyləyib: "Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma 7-8 dəfə dərman baha ola bilməz".
Deputat əlavə edib ki, insanlar ərzağın baha olmasına etiraz etmirlər: "Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətləri edirlər ki, bu qiymətləri onların üzərinə qoymağa məcburdurlar?!"
Xatırladaq ki, bundan öncə deputat Razi Nurullayev parlamentin iclasında şəxsi istifadə üçün dərmanların xaricdən gətirilməsinə problemlərin yaradıldığını söyləyib. O bildirib ki, vətəndaşlar üçün zəruri olan məhsullar var və gərək o məhsulların şəxsi istifadə üçün xaricdən gətirilməsinə problemlər yaradılmasın. Ölkədən xaricə səyahət edənlər geri dönəndə özləri ilə ehtiyacları olan dərman preparatlarını alıb gətirirlər:
"Quru sərhədləri bağlıdır, səyahət yalnız hava yolu ilə mümkündür. Niyə bir vətəndaş bir qutudan artıq dərmanı xaricdən gətirə bilməz? Vətəndaşın ömürlük, yaxud 3 aylıq, 1 illik atacağı dərmanlar var. O vətəndaş digər ölkələrdən gələndə bir neçə aylıq dərmanını alır və zənnimcə, düz edir. Nəinki düz edir, vacib olanı edir. Bunu mən də etmək istəyirəm. Çünki vətəndaşın xaricdən alıb gətirdiyi dərman bizim apteklərdə bəzən 5-7 dəfə baha olur. Şəxsən mən xarici ölkəyə gedəndə elə qohum-əqrabamın məndən xahiş etdiyi dərman bir zənbil olur. O insanları tanıyıram ki, xəstədir, o dərmanlara ehtiyacı var, baha olduğuna görə çatdırıb ala bilmir. Heç zaman bir qutudan artıq dərman almamışam çünki narahat olmuşam ki, hava limanında üzümə söz gələr. Amma bu, o deməkdir ki, o insan bahaçılığa görə dərmanları ala bilmir, bir neçə il ömrü qısalır. Bu, ürəkağrıdıcı mənzərədir".
Razi Nurullayev diqqətə çatdırıb ki, bu problemdən iki çıxış yolu var: "Ya biz dərmanların qiymətini elə tənzimləyək ki, fərq bir dəfə olsun, ya da insanların şəxsi istifadəsi üçün gətirdiyi dərmanların sərhədlərdə yoxlamaya məruz qalaraq müsadirə edilməsinin qarşısını alaq. İnsan xəstə olduğunu və o dərmanlara ehtiyacı olduğunu göstərən zaman belə, güzəşt edilmir. Mən aidiyyəti qurumun əməkdaşlarını qınamıram. Onlar vəzifə borclarını yerinə yetirirlər. Bu məsələ hökumətlə ciddi müzakirə edilməli və həll yolu qısa zamanda tapılmalıdır. İnsanlar yazıqdır".