DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynaya sülh ABŞ istəyəndə gələcək - Orban

© AP Photo / Petr David JosekВиктор Орбан, фото из архива
Виктор Орбан, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Abunə olmaq
Daha əvvəl o dəfələrlə Ukraynadakı münaqişənin nizamlanması üçün Rusiya ilə ABŞ-ın danışıqlarına ehtiyac olduğunu bildirib.
BAKI, 24 dekabr - Sputnik. ABŞ istədikdə Ukraynada sülh olacaq. Macarıstanın baş naziri Viktor Orban bu fikirdədir.

"Belə bir təhlükə (münaqişənin uzanmasına dair - red.) qalır. Eyni zamanda Ukrayna ABŞ onu pul və silahla dəstəklədiyi müddətdə döyüşə bilər. Əgər amerikalılar sülh istəsələr, sülh olacaq", - Orban "Magyar Nemzet" qəzetinə müsahibəsində bildirib.

O vurğulayıb ki, Budapeşt münaqişədə "Macarıstanın tərəfundədir" və öz maraqlarını qoruyaraq Ukraynaya silah göndərməyərək onu dəstəkləyir.
"Rusiya ilə bütün iqtisadi əlaqələri qırmaq bizim maraqlarımızda deyil", - Orban deyib.

Daha əvvəl o dəfələrlə Ukraynadakı münaqişənin nizamlanması üçün Rusiya ilə ABŞ-ın danışıqlarına ehtiyac olduğunu bildirib.
Xəbər lenti
0