https://sputnik.az/20221224/mutexessisler-sokda-valideyn-oz-ovladina-niye-dilenci-cindir-kimi-adlar-verir-449756209.html
Mütəxəssislər şokda: Valideyn öz övladına niyə "Dilənçi", "Cındır" kimi adlar verir?
Mütəxəssislər şokda: Valideyn öz övladına niyə "Dilənçi", "Cındır" kimi adlar verir?
Sputnik Azərbaycan
Sayalı Sadıqova bildirib ki, 2014-cü ildə belə adlar toplanıb və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. 24.12.2022, Sputnik Azərbaycan
2022-12-24T11:23+0400
2022-12-24T11:23+0400
2022-12-24T11:56+0400
körpə
cəmiyyət
dilənçi
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_0:197:1920:1277_1920x0_80_0_0_bd57ff1557a40afcec9440434f798116.jpg
BAKI, 24 dekabr — Sputnik. İnsan öz övladına dilimizdə təhqiramiz ifadələr kimi işlədilən "Dilənçi", "Cındır" sözlərindən niyə ad düzəltsin ki? Bu ritorik sualın müəllifi "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri, jurnalist Ülkər Abdullayevadır. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqovanın valideynlərin övladlarına "Dilənçi", "Cındır" kimi adlar verdiyi barədə söylədiklərini şərh edərkən belə deyib. "Biz türklərdə tarixən belə dünyagörüşü olub ki, ad uşağın haqqıdır. Valideynin, qohum-əqrəbanın necə olmasını istəməsinə baxmayaraq, uşaq adını öz əməlləri sayəsində qazanmalıdır. Lakin indi zaman belədir ki, hər bir uşaq anadan olanda ona ad verilməlidir. Valideyn ad verəndə fikirləşməlidir ki, uşaq böyüyəndə öz adından utanmasın. İnsan nə qədər şüursuz, geri zəkalı olmalıdır ki, uşağına "Cındır" adını versin?!", - deyən QHT sədri belə adları eşidəndə şok keçirdiyini bildirib.Ad seçimi uşaq hüquqlarına toxunduğu üçün dövlət məsələni boş buraxmamalıdırÜ.Abdullayeva qeyd edib ki, uşaqlara verilən ad və ləqəblərin onların gələcək həyatına çox böyük təsiri olur: "Biz adətən uşağa ad verəndə deyirik ki, adına layiq insanlardan ol. Əgər o uşaq valideynin şüursuzluğu, yersiz israrı sayəsində heç bir mənəvi yükü olmayan adı daşıyırsa, onda o ada layiq olmamaq üçün əlavə enerji, əsəb xərcləməli olacaq. Adamlar tanıyıram ki, böyüyüb vəzifə, ad-san sahibi olublar, amma hələ də öz ailəsində, el-obasında ona kiçik yaşlarında deyilən təhqiramiz ayamadan qurtula bilmirlər. Belə məsələlərə sadə yanaşmaq olmaz. Bu, bir insanın həyatına, psixikasına çox neqativ təsir göstərə bilir".QHT sədri valideynlərə öz borclarını xatırlatmağı da unutmayıb: "Uşaqlar ən zəif yerimdir. Heç bir uşağın üzülməsini, valideynlərinin əməlinə görə xəcalət çəkməsini istəmirəm. Hər bir valideynin öz övladı qarşısında maddi və mənəvi öhdəlikləri var. Övladına layiqli ad, soyad vermək də valideynin borcudur. Uşaqlarının gələcəyini düşünmədən şüursuz qərarlar verən valideynlərə deyiləcək söz tapmıram. Nəzərə almaq lazımdır ki, uşaqlar özləri haqqında qərar vermək yaşına çatanda valideynlərinin vaxtilə onlar haqqında verdiyi bəzi qərara görə əziyyət çəkirlər. Bəlkə o uşaqlar 18 yaşa çatanda pasportda adlarını dəyişəcəklər. Amma onlar həyatlarının 18 ilini məhz "Cındır", "Dilənçi" kimi təhqiramiz ifadəni eşidərək yaşamış, aşağılanmış, sındırılmış kimi olacaqlar."Ü.Abdullayeva hesab edir ki, ad seçimi ilə bağlı məsələ uşaq hüquqlarına toxunduğu üçün dövlət qurumları bu məsələyə həssas yanaşmalıdır.Satılmış və İmamquluPedaqoq Aynur Zeynalova isə bildirib ki, müəllim kimi çalışdığı illər ərzində çox əcaib uşaq adlarına rast gəlib. O həmin adların nə məna daşıdığını bilməyib. Uşaqlardan adının mənasını soruşanda isə onlar utandıqlarından başlarını aşağı salıblar. Bəzi valideynlər uşağa niyə belə ad qoyduqlarını böyüklərin israrı ilə əlaqələndiriblər:"Məsələn, məktəbdə uşağın adı Satılmış idi. Bir dəfə anasından soruşdum ki, uşağa niyə belə ad veriblər? Dedi ki, bu uşağın babasının atasının adı olub. Öz oğluna qoya bilməsə də, nəvəsinə bu adın qoyulmasında israr edib. Onlar da babanın israrına qarşı gedə bilməyiblər. Evdə uşağı sadəcə "Satı" deyə çağırıblar. Amma məktəbdə rəsmi adla çağırılırdı. Uşaq yuxarı siniflərdə sinif yoldaşlarının tənələri ilə üzləşir və çox pis olurdu". Pedaqoqun sözlərinə görə, bəzən valideynlər uşaqlarına adların yuxuda verildiyini iddia edirlər:"Məktəbimizdə yaraşıqlı bir oğlan vardı. Adı İmamqulu idi. Bir dəfə valideyninə dedim ki, bu qədər yaraşıqlı uşağa İmamqulu adını niyə vermisiz? Valideyn qayıtdı ki, bu ad ona yuxuda ayan olub. Əvvəl Əbəlfəzqulu qoymaq istəyib, sonra anasıgil İmamqulu adına üstünlük veriblər. Valideyn əgər yuxuda ona deyilən adı qoymasa, uşağa pis nəsə olacağından qorxub". Valideynlər övladlarına "Dilənçi", "Cındır" kimi adlar verirlər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova APA-ya deyib ki, tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir. S. Sadıqovanın sözlərinə görə, bu gün də uşaqlara uyğunsuz adlar qoyulur: "2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox Sovet hökuməti dövründə qoyulurdu. Amma günü bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir. Yəni valideynlər tərəfindən "Dilənçi", "Cındır" kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir. Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır". Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb: "Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, "gürzə" və "bəyim"in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir". Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub: "Həmçinin qız adının oğlana, oğlan adının qıza qoyulması halları da olur. Bunlarla bağlı da müəyyən tövsiyyələr verilir, maarifləndirmə işləri aparılır. Amma onu da deyim ki, elə adlar var, onlar, həqiqətən, ortaqdır". Xatırladaq ki, bu ilin on ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. 2022-ci il başlayandan bəri bu ad 1647 uşağa qoyulub. Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1543 uşağa Əli, 1452 uşağa Hüseyn, 1359 uşağa Yusif, 1040 uşağa Məhəmməd, 900 uşağa Raul, 896 uşağa Ömər, 856 uşağa Murad, 703 uşağa Adəm və 664 uşağa isə Tunar adı verilib. Həmçinin bu ilin on ayı ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. 2022-ci il başlayandan bəri bu ad 1504 uşağa qoyulub. Bundan əlavə, 1248 uşağa Aylin, 1218 uşağa Zeynəb, 1214 uşağa Məryəm, 1043 uşağa Fatimə, 1013 uşağa Nilay, 982 uşağa Mələk, 830 uşağa Ayla, 815 uşağa İnci və 788 uşağa Nuray adı verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42207/11/422071121_217:0:1920:1277_1920x0_80_0_0_f80d3aa7158768e7c574ebc5c55402ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
körpə, dilənçi
Mütəxəssislər şokda: Valideyn öz övladına niyə "Dilənçi", "Cındır" kimi adlar verir?
11:23 24.12.2022 (Yenilənib: 11:56 24.12.2022) Sayalı Sadıqova bildirib ki, 2014-cü ildə belə adlar toplanıb və məlum oldu ki, 1800-ə qədər bu cür ad var.
BAKI, 24 dekabr — Sputnik. İnsan öz övladına dilimizdə təhqiramiz ifadələr kimi işlədilən "Dilənçi", "Cındır" sözlərindən niyə ad düzəltsin ki?
Bu ritorik sualın müəllifi "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri, jurnalist Ülkər Abdullayevadır. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqovanın valideynlərin övladlarına "Dilənçi", "Cındır" kimi adlar verdiyi barədə söylədiklərini şərh edərkən belə deyib.
"Biz türklərdə tarixən belə dünyagörüşü olub ki, ad uşağın haqqıdır. Valideynin, qohum-əqrəbanın necə olmasını istəməsinə baxmayaraq, uşaq adını öz əməlləri sayəsində qazanmalıdır. Lakin indi zaman belədir ki, hər bir uşaq anadan olanda ona ad verilməlidir. Valideyn ad verəndə fikirləşməlidir ki, uşaq böyüyəndə öz adından utanmasın. İnsan nə qədər şüursuz, geri zəkalı olmalıdır ki, uşağına "Cındır" adını versin?!", - deyən QHT sədri belə adları eşidəndə şok keçirdiyini bildirib.
Ad seçimi uşaq hüquqlarına toxunduğu üçün dövlət məsələni boş buraxmamalıdır
Ü.Abdullayeva qeyd edib ki, uşaqlara verilən ad və ləqəblərin onların gələcək həyatına çox böyük təsiri olur: "Biz adətən uşağa ad verəndə deyirik ki, adına layiq insanlardan ol. Əgər o uşaq valideynin şüursuzluğu, yersiz israrı sayəsində heç bir mənəvi yükü olmayan adı daşıyırsa, onda o ada layiq olmamaq üçün əlavə enerji, əsəb xərcləməli olacaq. Adamlar tanıyıram ki, böyüyüb vəzifə, ad-san sahibi olublar, amma hələ də öz ailəsində, el-obasında ona kiçik yaşlarında deyilən təhqiramiz ayamadan qurtula bilmirlər. Belə məsələlərə sadə yanaşmaq olmaz. Bu, bir insanın həyatına, psixikasına çox neqativ təsir göstərə bilir".
QHT sədri valideynlərə öz borclarını xatırlatmağı da unutmayıb:
"Uşaqlar ən zəif yerimdir. Heç bir uşağın üzülməsini, valideynlərinin əməlinə görə xəcalət çəkməsini istəmirəm. Hər bir valideynin öz övladı qarşısında maddi və mənəvi öhdəlikləri var. Övladına layiqli ad, soyad vermək də valideynin borcudur. Uşaqlarının gələcəyini düşünmədən şüursuz qərarlar verən valideynlərə deyiləcək söz tapmıram. Nəzərə almaq lazımdır ki, uşaqlar özləri haqqında qərar vermək yaşına çatanda valideynlərinin vaxtilə onlar haqqında verdiyi bəzi qərara görə əziyyət çəkirlər. Bəlkə o uşaqlar 18 yaşa çatanda pasportda adlarını dəyişəcəklər. Amma onlar həyatlarının 18 ilini məhz "Cındır", "Dilənçi" kimi təhqiramiz ifadəni eşidərək yaşamış, aşağılanmış, sındırılmış kimi olacaqlar."
Ü.Abdullayeva hesab edir ki, ad seçimi ilə bağlı məsələ uşaq hüquqlarına toxunduğu üçün dövlət qurumları bu məsələyə həssas yanaşmalıdır.
Pedaqoq Aynur Zeynalova isə bildirib ki, müəllim kimi çalışdığı illər ərzində çox əcaib uşaq adlarına rast gəlib. O həmin adların nə məna daşıdığını bilməyib. Uşaqlardan adının mənasını soruşanda isə onlar utandıqlarından başlarını aşağı salıblar. Bəzi valideynlər uşağa niyə belə ad qoyduqlarını böyüklərin israrı ilə əlaqələndiriblər:
"Məsələn, məktəbdə uşağın adı Satılmış idi. Bir dəfə anasından soruşdum ki, uşağa niyə belə ad veriblər? Dedi ki, bu uşağın babasının atasının adı olub. Öz oğluna qoya bilməsə də, nəvəsinə bu adın qoyulmasında israr edib. Onlar da babanın israrına qarşı gedə bilməyiblər. Evdə uşağı sadəcə "Satı" deyə çağırıblar. Amma məktəbdə rəsmi adla çağırılırdı. Uşaq yuxarı siniflərdə sinif yoldaşlarının tənələri ilə üzləşir və çox pis olurdu".
Pedaqoqun sözlərinə görə, bəzən valideynlər uşaqlarına adların yuxuda verildiyini iddia edirlər:
"Məktəbimizdə yaraşıqlı bir oğlan vardı. Adı İmamqulu idi. Bir dəfə valideyninə dedim ki, bu qədər yaraşıqlı uşağa İmamqulu adını niyə vermisiz? Valideyn qayıtdı ki, bu ad ona yuxuda ayan olub. Əvvəl Əbəlfəzqulu qoymaq istəyib, sonra anasıgil İmamqulu adına üstünlük veriblər. Valideyn əgər yuxuda ona deyilən adı qoymasa, uşağa pis nəsə olacağından qorxub".
Valideynlər övladlarına "Dilənçi", "Cındır" kimi adlar verirlər
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova APA-ya deyib ki, tövsiyə olunmayan adlarla bağlı işlər davam etdirilir. S. Sadıqovanın sözlərinə görə, bu gün də uşaqlara uyğunsuz adlar qoyulur:
"2014-cü ildə biz belə adları topladıq və məlum oldu ki, 1800-ə qədər bu cür ad var. Həmin adlar daha çox Sovet hökuməti dövründə qoyulurdu. Amma günü bu gün də, təəssüf ki, yenə bu kimi hallara rast gəlinir. Yəni valideynlər tərəfindən "Dilənçi", "Cındır" kimi adlar övladlarına verilir. Valideynlərlə söhbətlər zamanı onlara bu cür adlardan istifadənin gələcəkdə övladları üçün psixoloji problem yaradacağı izah edilir.
Bilirsiniz, adlar milli kimliyi və azərbaycançılıq ideyasını özündə ehtiva etməlidir. Bu baxımdan, ad məsələsi həssas məqamdır".
Sayalı Sadıqova qeydiyyat idarələrində bu cür adların qarşısının alınması zamanı ad və soyadlarla bağlı qərarlara əsaslanıldığını vurğulayıb:
"Qeydiyyat idarələrində valideynlər bu cür adları vermək istədikdə ad və soyadlarla bağlı maddələrə əsaslanaraq onların qarşısı alınır. Məsələn, birinin nəslində Gürzəbəyim adı olub və indi o adı övladına vermək istəyir. Bu zaman həmin valideynlərə izah edilir ki, "gürzə" və "bəyim"in yanaşı işlənməsi doğru deyil. Bu uşağın gələcək taleyinə təsir edə bilər. Bu səbəbdəndir ki, 18 yaşına çatdıqda bəzi gənclər adlarını dəyişmək üçün müraciət edir".
Professor həm oğlanlara, həm də qızlara qoyulan ortaq adlara da toxunub:
"Həmçinin qız adının oğlana, oğlan adının qıza qoyulması halları da olur. Bunlarla bağlı da müəyyən tövsiyyələr verilir, maarifləndirmə işləri aparılır. Amma onu da deyim ki, elə adlar var, onlar, həqiqətən, ortaqdır".
Xatırladaq ki, bu ilin on ayı ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox verilən ad Uğurdur. 2022-ci il başlayandan bəri bu ad 1647 uşağa qoyulub. Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1543 uşağa Əli, 1452 uşağa Hüseyn, 1359 uşağa Yusif, 1040 uşağa Məhəmməd, 900 uşağa Raul, 896 uşağa Ömər, 856 uşağa Murad, 703 uşağa Adəm və 664 uşağa isə Tunar adı verilib.
Həmçinin bu ilin on ayı ərzində qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. 2022-ci il başlayandan bəri bu ad 1504 uşağa qoyulub.
Bundan əlavə, 1248 uşağa Aylin, 1218 uşağa Zeynəb, 1214 uşağa Məryəm, 1043 uşağa Fatimə, 1013 uşağa Nilay, 982 uşağa Mələk, 830 uşağa Ayla, 815 uşağa İnci və 788 uşağa Nuray adı verilib.