https://sputnik.az/20221224/mask-twitter-den-intiharin-qarsisinin-alinmasi-funksiyasinin-silinmesini-tekzib-edib-449991835.html
Mask Twitter-dən intiharın qarşısının alınması funksiyasının silinməsini təkzib edib
Mask Twitter-dən intiharın qarşısının alınması funksiyasının silinməsini təkzib edib
Sputnik Azərbaycan
Mask xəbərdarlıq edib ki, sosial şəbəkə yaxın gələcəkdə “çox axmaq şeylər edəcək”. 24.12.2022, Sputnik Azərbaycan
2022-12-24T23:45+0400
2022-12-24T23:45+0400
2022-12-24T23:45+0400
dünya xəbərləri
twitter
twitter statusu
ilon mask
elon musk
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:3071:1728_1920x0_80_0_0_f7d747d63ff7d1f06b0546464e8cac5f.jpg
BAKI, 24 dekabr - Sputnik. Amerikalı biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlan Mask (Elon Musk) intiharın qarşısının alınması ilə bağlı qaynar xəttləri təbliğ edən funksiyanın sosial şəbəkədən silinməsinə göstəriş verdiyi barədə xəbərləri təkzib edib. Bu barədə RİA Novosti məlumat yayıb. Şənbə günü Reuters öz mənbələrinə istinadən xəbər verib ki, Mask Twitter-dən intiharın qarşısının alınması üçün qaynar xəttləri təbliğ edən funksiyanın silinməsini əmr edib. Qeyd olunur ki, #ThereIsHelp funksiyası bir çox ölkədə psixi sağlamlıq, HİV, peyvəndlər, uşaqların cinsi istismarı, COVID-19, gender əsaslı zorakılıq, təbii fəlakətlər və insanların azadlığı ilə bağlı dəstək təşkilatlarının kontaktlarını xüsusi axtarışların yuxarı hissəsində göstərirdi. "Bu feyk xəbərdir" - deyə Mask özünün Twitter hesabında yazıb. Oktyabrın sonunda Mask, nəhayət, Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağını, məzmunun moderasiya şurası yaradacağını, lakin şura işə düşənə qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə dair söz verib. Mask həmçinin xəbərdarlıq edib ki, sosial şəbəkə yaxın gələcəkdə “çox axmaq şeylər edəcək”. Şirkət “işləyəni saxlamaq və işləməyənləri dəyişdirmək” niyyətindədir. Amerika şirkəti Twitter Inc. 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesaj mübadiləsi aparan sosial şəbəkədir. Qərargahı ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441561571_0:0:2729:2047_1920x0_80_0_0_e58552a6aaf82b53df0ba5ec947d6a5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
twitter, twitter statusu, ilon mask, elon musk
twitter, twitter statusu, ilon mask, elon musk
Mask Twitter-dən intiharın qarşısının alınması funksiyasının silinməsini təkzib edib
Mask xəbərdarlıq edib ki, sosial şəbəkə yaxın gələcəkdə “çox axmaq şeylər edəcək”.
BAKI, 24 dekabr - Sputnik. Amerikalı biznesmen və Twitter sosial şəbəkəsinin sahibi İlan Mask (Elon Musk) intiharın qarşısının alınması ilə bağlı qaynar xəttləri təbliğ edən funksiyanın sosial şəbəkədən silinməsinə göstəriş verdiyi barədə xəbərləri təkzib edib.
Bu barədə RİA Novosti məlumat yayıb. Şənbə günü Reuters öz mənbələrinə istinadən xəbər verib ki, Mask Twitter-dən intiharın qarşısının alınması üçün qaynar xəttləri təbliğ edən funksiyanın silinməsini əmr edib.
Qeyd olunur ki, #ThereIsHelp funksiyası bir çox ölkədə psixi sağlamlıq, HİV, peyvəndlər, uşaqların cinsi istismarı, COVID-19, gender əsaslı zorakılıq, təbii fəlakətlər və insanların azadlığı ilə bağlı dəstək təşkilatlarının kontaktlarını xüsusi axtarışların yuxarı hissəsində göstərirdi.
"Bu feyk xəbərdir" - deyə Mask özünün Twitter hesabında yazıb.
Oktyabrın sonunda Mask, nəhayət, Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.
O, ciddi senzuraya görə geniş tənqid edilən sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağını, məzmunun moderasiya şurası yaradacağını, lakin şura işə düşənə qədər redaksiya siyasəti və bloklanmış hesabların bərpası ilə bağlı qlobal qərarlar qəbul etməyəcəyinə dair söz verib. Mask həmçinin xəbərdarlıq edib ki, sosial şəbəkə yaxın gələcəkdə “çox axmaq şeylər edəcək”.
Şirkət “işləyəni saxlamaq və işləməyənləri dəyişdirmək” niyyətindədir. Amerika şirkəti Twitter Inc. 2006-cı ildə təsis edilib. Şirkətin əsas məhsulu qısa mesaj mübadiləsi aparan sosial şəbəkədir. Qərargahı ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.