https://sputnik.az/20221224/fransa-cenubi-qafqazda-mohkemlenmek-isteyir-449991456.html
"Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir"
"Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir"
Sputnik Azərbaycan
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Emmanuel Makron hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır. 24.12.2022, Sputnik Azərbaycan
2022-12-24T21:00+0400
2022-12-24T21:00+0400
2022-12-24T21:00+0400
siyasət
qarabağ
fransa
emmanuel makron
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441323835_0:0:2592:1458_1920x0_80_0_0_eafc883a78ee1e2b84e2935f429679ff.jpg
BAKI, 24 dekabr - Sputnik. "Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları tamamilə əbəs və əsassızdır. Bu, bir daha göstərir ki, Emanuel Makron hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır”.Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.Müşfiq Cəfərov deyib ki, Fransa yenə yazıq, cılız cildinə girmiş Ermənistanın harayına çatmaq istəyir. Bu istəyin arxasında isə humanitar missiya, yardımsevərlik durmur. Fransanı maraqlandıran Cənubi Qafqazda möhkəmlənməkdi. Türkiyə ilə rəqabətdə bütün strateji hədəflərinə itirən Fransa indi bu regionda fərqli üsullara əl atmağa çalışır, niyyətini pərdələmək üçün də beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsinə çağırışlar edir. "Özünün də üzv olduğu bu təşkilatların tərkibində Azərbaycan ərazilərinə soxulmaq cəhdi uğursuzluqla nəticələnəcək. Çünki Azərbaycan hökuməti buna şərait yaratmayacaq. Fransa prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları tamamilə əbəs və əsassızdır. Başqa sözlə, sərhəd missiyası ilə bu istəyi puç olan Makron, indi də humanitar təşkilatlar yoluna əl atıb. Bu, Fransanın Ermənistanla birgə hazırladığı məkrli plandır. Amma bu plan iflasa məhkumdur. Çünki bu cür yanaşma, BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadədir. Hər hansı bur ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycanın buna razılıq vermək niyyəti yoxdur”, - Cəfərov deyib.Deputat vurğulayıb ki, Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz: “Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var, bu təşkilatla əməkdaşlıq mövcuddur. Hər hansı bir çətinlik yaranarsa, Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib. Bu bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır və Azərbaycan tərəfi Qırmızı Xaç Komitəsi ilə tam əməkdaşlıq edir. Emanuel Makron səsləndirdiyi fikirlərlə sadəcə, yenidən vasitəçiliyə can atır. Amma, Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil”.Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə postmüharibə dövründə ATƏT-i və digər beynəlxalq təşkilatları sülhə prosesinə dəstəyə dəvət edib. Lakin elə ATƏT-in də üzvü olan Fransa və digər dövlətlər bu təklifə isti münasibət göstərməyiblər:"Öncə də vurğuladığımız kimi, görünən odur ki, Fransa indi humanitar məsələləri bəhanə edərək Ermənistanla birlikdə bu planı hazırlayıb. Ancaq aydındır ki, son 200 ildə törətdiyi və törətməkdə davam etdiyi çoxsaylı cinayətlərin qurbanlarının ehtiyacı olan humanitar yardım Fransanı narahat etmir. Can atdığı vasitəçiliyə gəlincə, Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda hərbi cinayətlər törətmiş, indi isə sülhməramlıları ilə Malidə iğtişaşlar yaradan Fransa beynəlxalq vasitəçi olmaq missiyasının daşıyıcısı rolunda çıxış etməsi olduqca absurddur. Ermənistanla Fransanı birləşdirən dəyər də məhz bu müharibə cinayətləri, soyqırımlardır. Azərbaycan xalqı öz doğma yurdlarından didərgin düşəndə, soyqırıma məruz qalanda Fransanın xoşməramlı humanitar missiyasını nümayiş etdirmək kimi bir cəhdi olmadı”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441323835_192:0:2592:1800_1920x0_80_0_0_3a8a97c63896216ae95a867218c5214a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, fransa, emmanuel makron, prezident ilham əliyev
qarabağ, fransa, emmanuel makron, prezident ilham əliyev
"Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir"
Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Emmanuel Makron hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır.
BAKI, 24 dekabr - Sputnik. "Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları tamamilə əbəs və əsassızdır. Bu, bir daha göstərir ki, Emanuel Makron hər bir vəchlə Azərbaycanın suveren ərazisi olan Qarabağa soxulmağa çalışır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib ki, Fransa yenə yazıq, cılız cildinə girmiş Ermənistanın harayına çatmaq istəyir. Bu istəyin arxasında isə humanitar missiya, yardımsevərlik durmur. Fransanı maraqlandıran Cənubi Qafqazda möhkəmlənməkdi. Türkiyə ilə rəqabətdə bütün strateji hədəflərinə itirən Fransa indi bu regionda fərqli üsullara əl atmağa çalışır, niyyətini pərdələmək üçün də beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsinə çağırışlar edir.
"Özünün də üzv olduğu bu təşkilatların tərkibində Azərbaycan ərazilərinə soxulmaq cəhdi uğursuzluqla nəticələnəcək. Çünki Azərbaycan hökuməti buna şərait yaratmayacaq. Fransa prezidenti Emmanuel Makronun beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışları tamamilə əbəs və əsassızdır. Başqa sözlə, sərhəd missiyası ilə bu istəyi puç olan Makron, indi də humanitar təşkilatlar yoluna əl atıb. Bu, Fransanın Ermənistanla birgə hazırladığı məkrli plandır. Amma bu plan iflasa məhkumdur. Çünki bu cür yanaşma, BMT Nizamnaməsinin humanitar məsələlərlə bağlı bəndlərindən sui-istifadədir. Hər hansı bur ölkənin ərazisinə humanitar missiya, yalnız o ölkənin razılığı əsasında göndərilə bilər. Azərbaycanın buna razılıq vermək niyyəti yoxdur”, - Cəfərov deyib.
Deputat vurğulayıb ki, Qarabağ ərazisində heç bir humanitar böhrandan söhbət gedə bilməz:
“Əgər Xankəndi ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları hər hansı bir humanitar çətinliklə üzləşərsə, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var, bu təşkilatla əməkdaşlıq mövcuddur. Hər hansı bir çətinlik yaranarsa, Qırmızı Xaç Komitəsinin vasitəsilə həllini tapa bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın – Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti tam təmin edilib. Bu bir daha göstərir ki, Xankəndidə heç bir humanitar böhran yaşanmır və Azərbaycan tərəfi Qırmızı Xaç Komitəsi ilə tam əməkdaşlıq edir. Emanuel Makron səsləndirdiyi fikirlərlə sadəcə, yenidən vasitəçiliyə can atır. Amma, Fransa məsələ ilə bağlı birtərəfli mövqe tutduğuna görə belə bir vasitəçilik mümkün deyil”.
Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə postmüharibə dövründə ATƏT-i və digər beynəlxalq təşkilatları sülhə prosesinə dəstəyə dəvət edib. Lakin elə ATƏT-in də üzvü olan Fransa və digər dövlətlər bu təklifə isti münasibət göstərməyiblər:
"Öncə də vurğuladığımız kimi, görünən odur ki, Fransa indi humanitar məsələləri bəhanə edərək Ermənistanla birlikdə bu planı hazırlayıb. Ancaq aydındır ki, son 200 ildə törətdiyi və törətməkdə davam etdiyi çoxsaylı cinayətlərin qurbanlarının ehtiyacı olan humanitar yardım Fransanı narahat etmir. Can atdığı vasitəçiliyə gəlincə, Əlcəzair və Tunisdə soyqırımlar, Vyetnamda hərbi cinayətlər törətmiş, indi isə sülhməramlıları ilə Malidə iğtişaşlar yaradan Fransa beynəlxalq vasitəçi olmaq missiyasının daşıyıcısı rolunda çıxış etməsi olduqca absurddur. Ermənistanla Fransanı birləşdirən dəyər də məhz bu müharibə cinayətləri, soyqırımlardır. Azərbaycan xalqı öz doğma yurdlarından didərgin düşəndə, soyqırıma məruz qalanda Fransanın xoşməramlı humanitar missiyasını nümayiş etdirmək kimi bir cəhdi olmadı”.