DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da qar fırtınası zamanı 50 avtomobil toqquşub

© Depositphotos.com / KonejotaРазбитое лобовое стекло автобуса
Разбитое лобовое стекло автобуса - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Abunə olmaq
Şənbə günü 1800-dən çox reys ləğv edilib. Ən çətin vəziyyət Detroit, Çikaqo, Minneapolis və Denver hava limanlarında yaranıb.
BAKI, 24 dekabr - Sputnik. ABŞ-ın Ohayo ştatında qarla örtülü magistralda 50-yə yaxın avtomobilin toqquşması nəticəsində 4 nəfər həlak olub, yerli polis bildirib.
Hüquq-mühafizə orqanları qəzanı ABŞ-ın əksər ərazilərinə kəskin soyuq, qar yağması, güclü külək və qara buz gətirən “qış fırtınası” ilə əlaqələndirirlər.
"Sahədəki işçilər dörd itkini təsdiqləyir... ən azı 46 avtomobil iştirak edir", - əyalət polisinin patrulu tvitter hesabında yazıb. Polis sürücüləri lazımsız yerə yollardan uzaq durmağa çağırıb.
CNN bildirir ki, ümumilikdə, pis hava ölkədə ən azı 15 nəfərin həyatına son qoyub. Kanzas və Kentukki ştatlarında "qış fırtınası"nın səbəb olduğu avtomobil qəzalarında üç nəfər, Viskonsin, Tennessi və Missuri ştatlarında isə hər birində bir nəfər ölüb. Nyu York ştatında həkimlərin qarlı və buzlu yollarda evlərinə vaxtında çata bilməməsi səbəbindən iki nəfər ölüb.
Şənbə günü 1800-dən çox reys ləğv edilib. Ən çətin vəziyyət Detroit, Çikaqo, Minneapolis və Denver hava limanlarında yaranıb.
Poweroutage.us monitorinq internet resursunun məlumatına görə, ABŞ-da 1,7 milyondan çox istehlakçı - ev təsərrüfatları və müəssisələr, ən çox da Atlantik okeanı sahilləri boyunca, Floridadan Menə qədər elektriksiz qalıb.
Xəbər lenti
0