DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin anti-Rusiya sanksiyaları ölkə iqtisadiyyatına 10 milyard avroya başa gəlib - Orban

© AP Photo / Markus Schreiber Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Abunə olmaq
Macarıstanın Baş naziri Viktor Orban deyib ki, nerji qiymətlərinin artması onun ölkəsi üçün təhlükəli vəziyyət yaradıb.
BAKI, 24 dekabr - Sputnik. “Ukrayna münaqişəsi və Avropa İttifaqının anti-Rusiya sanksiyaları səbəbindən enerji qiymətlərinin artması ölkə iqtisadiyyatına 10 milyard avroya başa gəlib”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban yerli “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2021-ci ildə Macarıstan 7 milyard avro, bu il isə 17 milyard avro dəyərində enerji məhsulları idxal edib.
Baş nazir əlavə edib ki, enerji qiymətlərinin artması ölkəsi üçün təhlükəli vəziyyət yaradıb.(Report).
Xəbər lenti
0