DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pekin "Bir ölkə, iki sistem" siyasətindən əl çəkmək niyyətində deyil - Si Tszinpin

© AP Photo / Kazuhiro NogiÇin Prezidenti Si Tszinpin Kanadanın Baş naziri Castin Trüdoya
Çin Prezidenti Si Tszinpin Kanadanın Baş naziri Castin Trüdoya  - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Çin Xalq Respublikası sədri qeyd edib ki, Pekin Honq-Konqun xüsusi rolunu dəstəkləyir və onun beynəlxalq əməkdaşlığının genişlənməsinə yardım edəcək və inkişafında fəal iştirak edəcək
BAKI, 23 dekabr — Sputnik. Çinin mərkəzi rəhbərliyi Honq-Konqla əməkdaşlıqda "Bir ölkə - iki sistem" siyasətindən əl çəkməyəcək və bu Xüsusi İnzibati Bölgənin beynəlxalq əməkdaşlığının əhatə dairəsinin genişlənməsinə yardım edəcək. Bu sözləri Honq-Konq administrasiyasının rəhbəri Con Li ilə görüşü zamanı Çin sədri Si Tszinpin deyib.
"Bir ölkə, iki sistem" Çin xüsusiyyətlərinə malik sosializmin böyük qabaqcıl ideyasıdır. Çin Xalq Respublikasının Mərkəzi Hökuməti bu siyasətə qətiyyətlə və heç bir tərəddüd etmədən riayət edəcək, Xüsusi İnzibati Bölgənin rəhbərinin və onun administrasiyasının qanuni fəaliyyətini dəstəkləmək üçün hər cür səy göstərəcək".
Çin Xalq Respublikası sədri qeyd edib ki, Pekin Honq-Konqun xüsusi rolunu dəstəkləyir və onun beynəlxalq əməkdaşlığının genişlənməsinə yardım edəcək və inkişafında fəal iştirak edəcək.
O, ölkə rəhbərliyinin bu xüsusi inzibati bölgədən Çin xalqının gəncləşməsinə daha böyük töhfə gözlədiyini vurğulayıb.
Xəbər lenti
0