https://sputnik.az/20221223/parlamentde-yeni-il-qabagi-erzagin-ucuzlasdirilmasi-cagirisi-edilib-449950360.html
Parlamentdə Yeni il qabağı ərzağın ucuzlaşdırılması çağırışı edilib
Parlamentdə Yeni il qabağı ərzağın ucuzlaşdırılması çağırışı edilib
Sputnik Azərbaycan
Əli Məsimli bildirib ki, bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4%, daha sonra isə 12,5%... 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T14:02+0400
2022-12-23T14:02+0400
2022-12-23T14:02+0400
cəmiyyət
əli məsimli
ərzaq
yeni il
yeni il
ucuzlaşma
https://cdnn1.img.sputnik.az/img/42422/48/424224831_0:0:1000:563_1920x0_80_0_0_1fd53c5056be30341bc26efcc2adc7ee.jpg
BAKI, 23 dekabr - Sputnik. Milli Məclisdə Yeni il qabağı ərzaq məhsullarının qiymətlərini aşağı salmağa çağırış edilib. Bu təkliflə Milli Məclisin iclasında deputat Əli Məsimli çıxış edib. O bildirib ki, bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4%, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8%, ərzaq inflyasiyası isə 20%-dən çox olub. Məhsulların çox hissəsinin qiymətləri isə bundan çox artıb. "Nəzərə alsaq ki, əhali xərclərinin 60%-ə qədərini, aztəminatlı əhali isə daha çox hissəsini ərzağa yönəldir, qiymət artımları əhalinin güzəranına mənfi təsir göstərir. Çağırış etmək istərdim ki, bir ənənə başlansın, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versin ki, əhalinin bütün təbəqələri bayram süfrəsi aça bilsin", - deyə o qeyd edib. Xatırladaq ki, Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb. Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 5,7 faiz yüksəlib. Məsələn, ötən ay pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata, xiyarın 1 kq-ı 1,01 manatdan 1,21 manata, yerli kartofun 1 kq-ı 1,39 manatdan 1,45 manata qalxıb. Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya əvvəlki ayda pik həddə çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42422/48/424224831_111:0:1000:667_1920x0_80_0_0_b5fa767176b3101b77dfb538457b49ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli məsimli, ərzaq, yeni il, yeni il, ucuzlaşma
əli məsimli, ərzaq, yeni il, yeni il, ucuzlaşma
Parlamentdə Yeni il qabağı ərzağın ucuzlaşdırılması çağırışı edilib
Əli Məsimli bildirib ki, bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4%, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8%, ərzaq inflyasiyası isə 20%-dən çox olub.
BAKI, 23 dekabr - Sputnik. Milli Məclisdə Yeni il qabağı ərzaq məhsullarının qiymətlərini aşağı salmağa çağırış edilib.
Bu təkliflə Milli Məclisin iclasında deputat Əli Məsimli çıxış edib.
O bildirib ki, bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4%, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8%, ərzaq inflyasiyası isə 20%-dən çox olub. Məhsulların çox hissəsinin qiymətləri isə bundan çox artıb.
"Nəzərə alsaq ki, əhali xərclərinin 60%-ə qədərini, aztəminatlı əhali isə daha çox hissəsini ərzağa yönəldir, qiymət artımları əhalinin güzəranına mənfi təsir göstərir. Çağırış etmək istərdim ki, bir ənənə başlansın, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versin ki, əhalinin bütün təbəqələri bayram süfrəsi aça bilsin", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda ərzaq məhsullarının qiymətində artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb.
Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 5,7 faiz yüksəlib. Məsələn, ötən ay pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata, xiyarın 1 kq-ı 1,01 manatdan 1,21 manata, yerli kartofun 1 kq-ı 1,39 manatdan 1,45 manata qalxıb.
Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub.
Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya əvvəlki ayda pik həddə çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,5 faiz qalxıb.