https://sputnik.az/20221223/naxcivan-ali-mehkemesine-yeni-hakimler-teyin-olunub-449944898.html
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub
Sputnik Azərbaycan
Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların... 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T13:37+0400
2022-12-23T13:37+0400
2022-12-23T14:00+0400
cəmiyyət
hakim
naxçıvan
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:285:3069:2011_1920x0_80_0_0_e1b328850bf64210f19e392cb4ff4846.jpg
BAKI, 23 dekabr - Sputnik. Milli Məclisdə "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələyə baxılıb. İlqar Məhərrəm oğlu Mirzəyev səlahiyyət müddəti 2023-cü il yanvarın 2-də başa çatdığı üçün həmin tarixdən yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir. Eyni zamanda layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məhkəmənin hakimləri təyin edilirlər: - Bəylərli Səxavət Şahhüseyn oğlu – Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hakimi; - Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan MR İnzibati Məhkəməsinin hakimi. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib. Xatırladaq ki, dekabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir. Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:0:2731:2048_1920x0_80_0_0_1c303df7526d6128ee6a8ea1c00a944a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
hakim, naxçıvan, ali məhkəmə
hakim, naxçıvan, ali məhkəmə
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub
13:37 23.12.2022 (Yenilənib: 14:00 23.12.2022) Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır.
BAKI, 23 dekabr - Sputnik. Milli Məclisdə "Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələyə baxılıb.
İlqar Məhərrəm oğlu Mirzəyev səlahiyyət müddəti 2023-cü il yanvarın 2-də başa çatdığı üçün həmin tarixdən yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilir.
Eyni zamanda layihəyə əsasən, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Naxçıvan MR Ali Məhkəmənin hakimləri təyin edilirlər:
- Bəylərli Səxavət Şahhüseyn oğlu – Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan MR İnzibati Məhkəməsinin hakimi.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, dekabrın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov bildirib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir. Cavid Hüseynov qeyd edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib.