https://sputnik.az/20221223/fhn-radioloji-fealiyyetle-mesgul-olan-muessiselere-muraciet-etdi-449953193.html
FHN radioloji fəaliyyətlə məşğul olan müəssisələrə müraciət etdi
FHN radioloji fəaliyyətlə məşğul olan müəssisələrə müraciət etdi
Sputnik Azərbaycan
İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında... 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T14:52+0400
2022-12-23T14:52+0400
2022-12-23T14:53+0400
fhn
cəmiyyət
müəssisə
https://cdnn1.img.sputnik.az/img/42308/46/423084633_0:160:3073:1888_1920x0_80_0_0_c5d0d9af94552566d46d4800ecbccd89.jpg
BAKI, 23 dekabr — Sputnik. FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib. FHN-dən verilən məlumata görə, müraciətdə deyilir: "Müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır. Lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir. Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır. Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/46/423084633_170:0:2901:2048_1920x0_80_0_0_2cb651a89d40d3f2dc23f2543680e3cf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, müəssisə
FHN radioloji fəaliyyətlə məşğul olan müəssisələrə müraciət etdi
14:52 23.12.2022 (Yenilənib: 14:53 23.12.2022) İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir
BAKI, 23 dekabr — Sputnik. FHN radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib.
FHN-dən verilən məlumata görə, müraciətdə deyilir:
"Müasir texnologiyaların tətbiqinin genişlənməsi ilə tibb və sənaye müəssisələrində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüa mənbələrindən (rentgen diaqnostika və terapiya avadanlıqları, müxtəlif növ tədqiqat qurğuları və s.) istifadə halları da artır. Lakin ionlaşdırıcı şüa mənbələrindən müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl edilmədən istifadə son nəticədə insan və ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir.
Təəssüflə qeyd olunmalıdır ki, aparılan araşdırmalar nəticəsində bir sıra hallarda ionlaşdırıcı şüa mənbələrindən qanunvericiliyin, eləcə də müvafiq təhlükəsizlik qaydalarının tələbləri pozulmaqla istismarı hallarına yol verildiyi müəyyən edilib ki, bu da insan həyatı və sağlamlığı, habelə ətraf mühit üçün təhlükəli fəsadlar yaradır.
Bununla əlaqədar xatırladırıq ki, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyətin təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik əsasında tənzimləmə və nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 nömrəli Fərmanına əsasən, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat, təcrübi-konstruktor işləri, qurğuların tikilməsi, onlar üçün texnoloji avadanlığın layihələşdirilməsi və hazırlanması, radiasiya təhlükəsizliyi vasitələrinin, həmçinin radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, istifadəsi, nəqli və saxlanılması sahəsindəki işlər yalnız xüsusi icazə alınmaqla həyata keçirilir və bu kimi icazələr Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən verilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi mülkiyyət formasından asılı olmayaraq radioloji fəaliyyətlə məşğul olan bütün müəssisə və təşkilatlara müraciət edərək, ionlaşdırıcı şüa mənbələrindən yalnız qanunvericiliyə uyğun olaraq xüsusi icazə əsasında istifadə edilməsinin tələb olunduğunu xatırladır. Belə icazə almadan radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlar qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar".