https://sputnik.az/20221223/erdoganin-partiyasi-seckilerin-vaxtini-deyismek-isteyir---kv-449941694.html
Ərdoğanın partiyası seçkilərin vaxtını dəyişmək istəyir - KİV
Ərdoğanın partiyası seçkilərin vaxtını dəyişmək istəyir - KİV
Sputnik Azərbaycan
Nəşr qeyd edir ki, müxalifətin dəstəyini ala bilməsə, prezidentin seçkiləri təxirə salmaq üçün səlahiyyətlərindən istifadə edəcəyi gözlənilir. 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T13:11+0400
2022-12-23T13:11+0400
2022-12-23T13:12+0400
ərdoğan
dünya xəbərləri
akp
seçkilər
prezident seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448072569_0:161:3071:1888_1920x0_80_0_0_2c70c5131c6de1e5c96cd0b2c58e1e28.jpg
BAKI, 23 dekabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası prezident seçkilərinin iyun ayından may ayına keçirilməsinin tərəfdarıdır, müxalifət isə bunun əleyhinədir. Bu barədə "Sabah" qəzeti mənbələrinə istinadən xəbər verir. "Prezident seçkilərində namizədlər may ayında müəyyənləşəcək. Seçki prosesi yaxınlaşdıqca ən çox müzakirə olunan məsələlərdən biri də seçkilərin 2023-cü ilin may ayında baş tutub-tutmayacağıdır. Hakim partiya seçkilərin may ayına salınmasının tərəfdarıdır. Ancaq müxalifət bunu dəstəkləməyəcəyi ilə bağlı bəyanat yayıb. Nəşr qeyd edir ki, müxalifətin dəstəyini ala bilməsə, prezidentin seçkiləri təxirə salmaq üçün səlahiyyətlərindən istifadə edəcəyi gözlənilir. Türkiyədə növbəti prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaratmışdı. Türkiyənin millətçi partiyasının lideri Dövlət Baxçalı prezident Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə Xalq Alyansının namizədi olacağını bildirib. Prezidentin özü uzun müddət namizədliyin irəli sürülməsinə münasibət bildirməsə də, gözlənilmədən tərəfdarları ilə görüşdə əsas rəqibi Kamal Kılıçdaroğlu ilə dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib. Müxalifət hələlik namizədini açıqlamayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1f/448072569_170:0:2901:2048_1920x0_80_0_0_c3c220c88331be167946dde0d1772a9c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərdoğan, akp, seçkilər, prezident seçkiləri
ərdoğan, akp, seçkilər, prezident seçkiləri
Ərdoğanın partiyası seçkilərin vaxtını dəyişmək istəyir - KİV
13:11 23.12.2022 (Yenilənib: 13:12 23.12.2022) Nəşr qeyd edir ki, müxalifətin dəstəyini ala bilməsə, prezidentin seçkiləri təxirə salmaq üçün səlahiyyətlərindən istifadə edəcəyi gözlənilir.
BAKI, 23 dekabr — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası prezident seçkilərinin iyun ayından may ayına keçirilməsinin tərəfdarıdır, müxalifət isə bunun əleyhinədir. Bu barədə "Sabah" qəzeti mənbələrinə istinadən xəbər verir.
"Prezident seçkilərində namizədlər may ayında müəyyənləşəcək. Seçki prosesi yaxınlaşdıqca ən çox müzakirə olunan məsələlərdən biri də seçkilərin 2023-cü ilin may ayında baş tutub-tutmayacağıdır. Hakim partiya seçkilərin may ayına salınmasının tərəfdarıdır. Ancaq müxalifət bunu dəstəkləməyəcəyi ilə bağlı bəyanat yayıb.
Nəşr qeyd edir ki, müxalifətin dəstəyini ala bilməsə, prezidentin seçkiləri təxirə salmaq üçün səlahiyyətlərindən istifadə edəcəyi gözlənilir.
Türkiyədə növbəti prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılır. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaratmışdı. Türkiyənin millətçi partiyasının lideri Dövlət Baxçalı prezident Tayyib Ərdoğanın qarşıdan gələn seçkilərdə Xalq Alyansının namizədi olacağını bildirib. Prezidentin özü uzun müddət namizədliyin irəli sürülməsinə münasibət bildirməsə də, gözlənilmədən tərəfdarları ilə görüşdə əsas rəqibi Kamal Kılıçdaroğlu ilə dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib. Müxalifət hələlik namizədini açıqlamayıb.