CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diplomatların yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq

© Sputnik / Murad OrujovTibbi sığorta
Tibbi sığorta - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq.
BAKI, 23 dekabr — Sputnik. "Diplomatik nümayəndələrin sosial müdafiəsi gücləndirilir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Sosial sığorta haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklər diplomatik xidmətdə çalışan vətəndaşların sosial vəziyyətini xeyli yaxşılaşdıracaq: "Burada yeni müavinətlər təsis olunur. Çalışdıqları ölkənin sosial iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq fərqləndirici əmsallar veriləcək. Sosial sığorta haqlarından da bu yeni müavinətlər, əmsallar azad olunacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi sosial sığorta və vergiyə cəlb olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosial sığorta haqqında" qanuna və Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə, dövlət məvacibi istisna olmaqla, ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləğindən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayacaq.
Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsalın məbləği gəlir vergisindən azad ediləcək.
Beləliklə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunvericiliklə müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunacaq.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0