https://sputnik.az/20221223/bu-defe-yerin-altindan-ustune---novbeti-stansiya-xocesen-449962480.html
Bu dəfə yerin altından üstünə - Növbəti stansiya "Xocəsən"
Bu dəfə yerin altından üstünə - Növbəti stansiya "Xocəsən"
Sputnik Azərbaycan
"Bakmil" stansiyasından fərqli olaraq bu stansiyada daha müntəzəm hərəkət qrafiki təşkil etmək mümkün olacaq. 23.12.2022, Sputnik Azərbaycan
2022-12-23T16:26+0400
2022-12-23T16:26+0400
2022-12-23T16:26+0400
video
metro
stansiya
metropoliten
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449962298_0:0:1913:1076_1920x0_80_0_0_df8ba13e391cc2622c157abf7586a2a8.png
BAKI, 23 dekabr — Sputnik. Bu gün "Bakı Metropoliteni" üçün çox əhəmiyyətli gündür. 1966-cı ildən sonra ilk dəfə olaraq məhz bu gün "Bakı Metropoliteni"nin deposu istismara verilib. "Bakmil" deposudan fərqli olaraq bu depo "Bakı Metropoliteni" QSC-nin mütəxəssislərinin beyninin məhsuludur. SSRİ dövründə istismara verilən deponun qurulmasına müxtəlif respublikaların mütəxəssisləri iştirak etmişdi. Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O, qeyd edib ki, elektrik deposunun inşası 3 mərhələdə nəzərdə tutulub: "Xətt inkişaf etdikcə, növbəti mərhələlərdə depo üçün zəruri sahələr tikiləcək. Əslində bu stansiya ikinci mərhələdə təhvil verilməli idi. Lakin Xocəsən qəsəbəsində məskunlaşmanın artması, burada yol-nəqliyyat infrastrukturunun inkişafı stansiyanın inşasının birinci mərhələdə reallaşdırılmasını zəruri etdi. Dövlət tərəfindən ayrılan vəsait hesabına stansiya tikilərək istismara verildi". Stansiya iki səviyyədən ibarətdir Sərnişinlər birinci səviyyədə qəbul olunurlar, daha sonra 59 metr uzunluğunda tunellə hərəkət edərək iki ekskaltor və pilləkənlərlə platformaya qalxırlar. Platforma səviyyəsi açıq hava şəraitində yerləşir. Açıq havada olan hissə "Bakmil" stansiyasında olduğu kimi xüsusi çətirlə örtülüb ki, sərnişnilər yağışğdan, küləkdən qoruna bilsinlər. B.Məmmədov bildirir ki, stansiyada 7 vaqonluq qatarlar hərəkət edir: "Bənövşəyi Xətt" 2016-cı ildə istismara verilərkən burada 5 vaqonluq qatarlar hərəkət edirdi. Hazırda "Bənövşəyi Xətt" üzrə 7 vaqonluq qatarlar hərəkət edir". Qatarlar arasında interval B.Məmmədov bildirir ki, "Bakmil" stansiyasından fərqli olaraq bu stansiyada daha müntəzəm hərəkət qrafiki təşkil etmək mümkün olacaq. Çünki stansiya və elektrik deposu xəttin başlanğıcında yerləşir: "Yəni, "Bənövşəyi Xətt"in yeraltı stansiyaları arasında 8 dəqiqəlik interval təmin olunur. Bu stansiyada isə 16 dəqiqəlik interval olacaq". Həmsöhbətimiz bildirir ki, hazırda elektrik deposunun özü də "Bənövşəyi Xətt"in 4 stansiyasının ehtiyaclarını ödəməyə tam qadirdir: "Bu ərazidə qatarların hərəkətini təmin etmək üçün unikal layihə əsasında xüsusi dispetçer mərkəzi qurulub. Beş mərtəbəli binada ən müasir sistemlərin tətbiqi ilə depo ərazisində qatarların hərəkətinin təşkili, tənzimlənməsi və idarəsi sistemləri qurulub. Qatarların təmiri, onlara baxış keçirilməsi üçün depo ərazisində xüsusi sahə də inşa edilib". Metropoliten üçün ən vacib məsələ gecə növbəsində xəttə qulluq edilməsidir Burada tullantıların daşınması üçün təsərrüfat qatarlarına xüsusi şərait yaradılıb. Bundan başqa, elektrik yarımstansiyasının inşası da xüsusi əhəmiyyət kəsb edib. Həmin yarımstansiya xüsusi unikal layihə əsasında 3 mərhələ üzrə bütün tələbatını ödəyə biləcək avadanlıq və infrastrukturla tam təmin olunub. B.Məmmədov qeyd edir ki, bundan əlavə olaraq, yanğın təhlükəsizliyi sistemi, su təchizatı, xüsusi kommunikasiya xətlərinin çəkilməsi üçün çox irimiqyaslı işlər görülüb: "Ümumiyyətlə, bu depo "Nərimanov" deposu ilə müqayisədə iki dəfə böyükdür".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449962298_228:0:1663:1076_1920x0_80_0_0_751840ad807ec855b861ab90049eecfa.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
metro, stansiya, metropoliten, видео
metro, stansiya, metropoliten, видео
Bu dəfə yerin altından üstünə - Növbəti stansiya "Xocəsən"
"Bakmil" stansiyasından fərqli olaraq bu stansiyada daha müntəzəm hərəkət qrafiki təşkil etmək mümkün olacaq.
BAKI, 23 dekabr — Sputnik. Bu gün "Bakı Metropoliteni" üçün çox əhəmiyyətli gündür. 1966-cı ildən sonra ilk dəfə olaraq məhz bu gün "Bakı Metropoliteni"nin deposu istismara verilib. "Bakmil" deposudan fərqli olaraq bu depo "Bakı Metropoliteni" QSC-nin mütəxəssislərinin beyninin məhsuludur. SSRİ dövründə istismara verilən deponun qurulmasına müxtəlif respublikaların mütəxəssisləri iştirak etmişdi.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O, qeyd edib ki, elektrik deposunun inşası 3 mərhələdə nəzərdə tutulub: "Xətt inkişaf etdikcə, növbəti mərhələlərdə depo üçün zəruri sahələr tikiləcək. Əslində bu stansiya ikinci mərhələdə təhvil verilməli idi. Lakin Xocəsən qəsəbəsində məskunlaşmanın artması, burada yol-nəqliyyat infrastrukturunun inkişafı stansiyanın inşasının birinci mərhələdə reallaşdırılmasını zəruri etdi. Dövlət tərəfindən ayrılan vəsait hesabına stansiya tikilərək istismara verildi".
Stansiya iki səviyyədən ibarətdir
Sərnişinlər birinci səviyyədə qəbul olunurlar, daha sonra 59 metr uzunluğunda tunellə hərəkət edərək iki ekskaltor və pilləkənlərlə platformaya qalxırlar. Platforma səviyyəsi açıq hava şəraitində yerləşir. Açıq havada olan hissə "Bakmil" stansiyasında olduğu kimi xüsusi çətirlə örtülüb ki, sərnişnilər yağışğdan, küləkdən qoruna bilsinlər.
B.Məmmədov bildirir ki, stansiyada 7 vaqonluq qatarlar hərəkət edir: "Bənövşəyi Xətt" 2016-cı ildə istismara verilərkən burada 5 vaqonluq qatarlar hərəkət edirdi. Hazırda "Bənövşəyi Xətt" üzrə 7 vaqonluq qatarlar hərəkət edir".
Qatarlar arasında interval
B.Məmmədov bildirir ki, "Bakmil" stansiyasından fərqli olaraq bu stansiyada daha müntəzəm hərəkət qrafiki təşkil etmək mümkün olacaq. Çünki stansiya və elektrik deposu xəttin başlanğıcında yerləşir: "Yəni, "Bənövşəyi Xətt"in yeraltı stansiyaları arasında 8 dəqiqəlik interval təmin olunur. Bu stansiyada isə 16 dəqiqəlik interval olacaq".
Həmsöhbətimiz bildirir ki, hazırda elektrik deposunun özü də "Bənövşəyi Xətt"in 4 stansiyasının ehtiyaclarını ödəməyə tam qadirdir: "Bu ərazidə qatarların hərəkətini təmin etmək üçün unikal layihə əsasında xüsusi dispetçer mərkəzi qurulub. Beş mərtəbəli binada ən müasir sistemlərin tətbiqi ilə depo ərazisində qatarların hərəkətinin təşkili, tənzimlənməsi və idarəsi sistemləri qurulub. Qatarların təmiri, onlara baxış keçirilməsi üçün depo ərazisində xüsusi sahə də inşa edilib".
Metropoliten üçün ən vacib məsələ gecə növbəsində xəttə qulluq edilməsidir
Burada tullantıların daşınması üçün təsərrüfat qatarlarına xüsusi şərait yaradılıb. Bundan başqa, elektrik yarımstansiyasının inşası da xüsusi əhəmiyyət kəsb edib. Həmin yarımstansiya xüsusi unikal layihə əsasında 3 mərhələ üzrə bütün tələbatını ödəyə biləcək avadanlıq və infrastrukturla tam təmin olunub.
B.Məmmədov qeyd edir ki, bundan əlavə olaraq, yanğın təhlükəsizliyi sistemi, su təchizatı, xüsusi kommunikasiya xətlərinin çəkilməsi üçün çox irimiqyaslı işlər görülüb: "Ümumiyyətlə, bu depo "Nərimanov" deposu ilə müqayisədə iki dəfə böyükdür".