CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana təşrif buyuran turistlərə əlavə vergi tətbiq olunmalıdırmı? - Rəy

© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv şəkli
Bakıda turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.12.2022
Abunə olmaq
Ekspert bildirir ki, əlavə 2 faiz verginin tətbiqi turist axınında müəyyən zəifləməyə səbəb ola bilər.
BAKI, 23 dekabr — Sputnik. "Azərbaycanda turistlərə 2 faizlik verginin tətbiqi ümumilikdə digər xərcləri də artıra bilər". Bunu Sputnik Azərbaycan-a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib.
Qeyd edək ki, Türkiyədə yanvarın 1-dən etibarən hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, mehmanxanalarda, düşərgələrdə və digər yaşama obyektlərində turistlərə 2 faizlik vergi tətbiq ediləcək.
Bununla belə, bu, hotellərin göstərdiyi xidmətlərin qiymətinə təsir etməyəcək. Yataqxana, pansionat və düşərgələrdə yaşayan tələbələr, həmçinin Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusu olan beynəlxalq təşkilatların nümayəndələri vergidən azad olunacaqlar.
Onun sözlərinə görə, indiki dövrdə buna ehtiyac yoxdur. Belə ki, yanacağın qiymətinin qalxması, infilyasiya bir sıra xərcləri artırıb. Bununla əlaqədar olaraq tur paketlərin də qiyməti 30-40 faiz qalxıb. Bu vəziyyət eyni zamanda turistlərin çəkə biləcəyi xərcləri də artırıb:
"Hazırda daha çox şəffaflaşmaya, rəqabət mühitinin yaxşılaşdırılmasına, sahibkarlığın stimullaşdırılmasına ehtiyac var. Xüsusən də reigionlarda yeni hotel və restoranların açılması ilə bağlı təşviq proqramlarına ehtiyac var".
© Sputnik / Nigar IskanderovaCeyhun Aşurov
Ceyhun Aşurov - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Ceyhun Aşurov
Ekspert həmçinin bildirir ki, əlavə 2 faiz verginin tətbiqi turist axınında müəyyən zəifləməyə səbəb ola bilər.
C.Aşurov qeyd edir ki, Azərbaycan daha çox, "bir turist nə üçün bizim ölkəmizi seçməlidir?", sualına cavab tapmalıdır:

"Əlverişli şərait və uyğun qiymətlər olmalıdır ki, turistlər Azərbaycanı seçsinlər. Turist ödədiyi pulun qarşılığında lazımi xidməti görməlidir".

Turizm üzrə digər ekspert Cabir Dövlətzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədə turist sayı və sektordan qazanc Azərbaycanla müqayisə olunmaz həddədir:
"Türkiyədə bu sahədən gəlirlər Azərbaycanla müqayisədə 10 dəfə artıqdır. Hələlik ki, düşünürəm ki, ölkımiz üçün belə bir yeniliyə zərurət yoxdur".
© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv şəkli
Туристы в Ичери Шехер - Sputnik Azərbaycan, 1920, 22.12.2022
Bakıda turistlər, arxiv şəkli
O qeyd edir ki, Azərbaycanda turistlərdən sadəcə olaraq bələdiyyə vergisi - 1 manat+10 qəpik alına bilər:

"Hələlik ki, Azərbaycanda passiv - yəni qış turizmi şəraitində 2 faiz də əlavə verginin tətbiqini düzgün hesab etmirəm".

Ekspertin sözlərinə görə, qış turizmi ilə əlaqədar olaraq müəssisələr maddi problemlər yaşayırlar:
"Bununla belə beə bir qərarın verilməsi turizmin inkişafına səbəb ola bilməz. Bundansa, yaxşı olardı ki, turizm müəssisələri müəyyən vergilərdən azad edilsin. Bu həm də müştərilərə təklif olunan qiymətlərin aşağı salınmasına səbəb ola bilər", - deyə ekspert əlavə edib.
Xatırladaq ki, Türkiyədə turistlərə əlavə verginin tətbiqi barədə qərar hələ 2019-cu ildə qəbul edilsə də, onun tətbiqi koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, bu il ərzində ölkəyə 51,5 milyon turistin gələcəyi, turizmdən əldə olunan gəlirin 46 milyard dollar təşkil edəcəyi gözlənilir. Gələn il isə Türkiyə 60 milyon turist qəbul etməyə ümidlidir.
Xəbər lenti
0